Cümə , Dekabr 27 2024
azfa

Bahaduri məclisdə türk dilində təsil və türkcə telekanal məsələsini gündəmə gətirdi- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən 2018-ci mayın 30-da Urmiyanın irqçi fars rejimin məclisindəki millət vəkili Hadi Bahaduri türk dilində ümumölkə telekanalının yaradılması, məktəblərdə Azərbaycan türkcəsinin tədrisi və ciloluq soyqırımında qətlə yetirilənlərin xatirisini əbədiləşdirmək məqsədilə rəsmi  anım gününün təyin olunmasını tələb etdi.

Hadı Bahaduri məclisdə çıxışında deyib: “İranda ölkənin azından 40 faiz əhalisinin dilində, yəni türk dilində azından bir ümumölkə telekanal yaradılmalıdır. Biz sizdən bunu gözləyirik.”

Bəhaduri həmçinin Ruhaniyə xitabən qeyd etdi ki, Türk Dili Akademiyasının yaradılmasına söz vermişdiniz, lakin həyata keçirməmisiniz. Konstitusiyanın 15 və 19-cu maddəsinin icrasına və azərbaycanlı uşaqların türk dilində təhsil almasına söz vermişdiniz, lakin həyata keçməyib.

Bəhaduri həmçinin deyib: “Hər zaman Qərbi Azərbaycan vilayətinə daxili və xarici düşmənlər göz tikib və Azərbaycanın bu bölgəsini hücuma məruz qoyublar. Lakin Kazım xan Quşçular, Həsənilər və Bakirilər kimi insanların sayəsində onlara layiqli cavab verilib. Buna baxmayaraq bölgə əhalisinə dəhşətli ziyan dəyib. Bu günlərdə ciloluq soyqırımının 100-cü ildönümünü yaşayırıq. İranın tarixi xarici düşmənlərinin yardımı ilə Urmiya, Salmas və Xoy şəhərlərində dəhşətli soyqırım törədilib. Bu faciə nəticəsində təkcə Urmiyada 40 min insan qətlə yetirilib. Ona görə də hesab eliyirəm ki, ciloluq faciəsində qətlə yetirilənlərin xatirəsinə anım günü təyin və ölkənin rəsmi təqviminə daxil edilməlidir”.

Bəhaduri bununla yanaşı Azərbaycana qarşı bir sıra iqtisadi və sosial ayrıseçkilik məsələlərini də qeyd edib.

Bundan öncə isə Urmiyanın digər millət vəkili Nadir Qazipur da məclisdə 40 milyon türk üçün bir ümumölkə telekanalın və Türk Dili Akademiyasının yaradılması gündəmə gətirmişdi.

Həmin millət vəkillərinin Azərbaycan türk millətinin hüquqlarına dair tələblərini gündəmə gətirməsi Güney Azərbaycanda milli-mədəni fəalların və Azərbaycan ictimaiyyətinin təzyiqinin nəticəsidir. Yoxsa irqçi fars rejimi tərəfindən millət vəkili olmasına icazə verilən şəxslər öz istəkləri ilə bu tələbləri irəli sürmürlər.

Həmçinin yoxlayın

Azərbaycanın sərnişin təyyarəsini Rusiya vurub

GADTB: “İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Qroznı …

“Səttar xan” tamaşası Təbrizdə böyük coşqu ilə qarşılandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars irqçiliyinin nökərləri İranşəhri qrupların “Səttar xan” tamaşasına …

Bir cavab yazın