Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

ABŞ İran adlanan ölkəyə qarşı yeni sanksiyalar tətbiq etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ-ın yeni sanksiyaları Tehran rejimi adından insan hüquqları və azadlıqlarını pozan 6 fiziki şəxs və 3 quruma şamil ediləcək. Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Sanksiya siyahısına Hizbullah təşkilatının İran hökumətindən dəstək verdiyi Əbdülhəmid Möhtəşəm, Hüseyn Allahkəram və təşkilatın Məşəd şəhərindəki üzvü Həmid Ostad daxil edilib. Onlar qadınlara qarşı zorakı hərəkətlər etdikləri üçün qara siyahıya alınıb. Bundan əlavə, İran həbsxanalarındakı işgəncələrə əl atan şəxslərin də sanksiyaya daxil ediləcəyi bəyan edilib.

Həmçinin ABŞ irqçi fars rejiminə xidmət göstərən Hanista Proqram Təminatı qrupunu da sanksiyalar siyahısına daxil edib.

 

Həmçinin yoxlayın

Yürüş Mehrəlibəyli və Əli Babayi Təbriz həbsxanasında uyğun olmayan kameralara köçürülüblər

GADTB: Yürüş Mehrəlibəyli ötən həftə karantin kamerasına, Əli Babayi isə detoksikasiya bölməsinə köçürülüb. Mənbələrin verdiyi …

Nəsir Rəzmcu Ərdəbildə evinə ETTELAAT əməkdaşlarının basqınından sonra həbs edilib

GADTB: Azərbaycanlı fəal Nəsir Rəzmcu bu gün, çərşənbə axşamı, 27 oktyabr 2026-cı il səhər saatlarında …

Bir cavab yazın