Şənbə , Aprel 20 2024
azfa

Bakı-Tiflis-Qars dəmir yolu ilə Türkiyə ixrac qatarları ayda iki dəfə hərəkət edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinə maraq getdikcə artır və bu, Azərbaycanın Çindəki aktivliyini artırır”.

Bunu Türkiyənin Çindəki səfiri Əbdülqədir Emin Önən bildirib.

“Artıq Türkiyədən Çinə hərəkət edən, BTQ-dən keçəcək 2-ci qatar yola çıxıb. Bundan sonra BTQ ilə ixrac qatarlarımız ayda 2 dəfə hərəkət edəcək. Qərbdən gələn məhsulların da Türkiyə üzərindən Şərqə doğru daşınması ixrac məhsullarımızın çeşidliliyi artırır. Azərbaycanlı dostlarımızla birlikdə bu işləri daha da böyütməyi düşünürük. Ümid edirəm ki, gələcək illərdə BTQ-nın sürəti də artacaq”, – deyə o, qeyd edib.

Xatırladaq ki, Türkiyənin İstanbul şəhərindən Çinin Sian şəhərinə hərəkət edən ilk ixrac qatarı dekabrın 4-də, növbəti ixrac qatarı isə dekabın 20-də yola çıxıb. 1-ci qatar artıq təyinat məntəqəsinə çatıb, 2-ci qatar isə yoldadır. Bu qatarlar ümumilikdə 8 693 kilometr məsafə, iki qitə, iki dəniz və 5 ölkə qət edir.

BTQ 30 oktyabr 2017-ci ildə istismara verilib. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir, iki qitə arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir, Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Ümumi uzunluğu 846 kilometr olan dəmir yolu xəttinin 504 kilometri Azərbaycan, 263 kilometri Gürcüstan, 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın