Bazar , Oktyabr 18 2026
azfa

Baş terrorçu Qasım Süleymaninin anım mərasimində partlayış nəticəsində çox sayda adam ölüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Kirman şəhərində SEPAH-ın Qüds qüvvələrinin keçmiş komandiri baş terrorçu Qasım Süleymaninin dəfn olunduğu qəbiristanlığın yaxınlığında baş verən partlayışlar nəticəsində ölənlərin sayı 100 nəfərdən olub.

Yerli mətbuat yazır ki, partlayışlar nəticəsində İran Qızıl Aypara Cəmiyyətinin 3 əməkdaşı həlak olub. Kirman fövqəladə hallar xidməti 141 nəfərin yaralandığını bildirib. Onlardan bir çoxunun vəziyyəti ağırdır.

İran mətbuatı hadisənin terror aktı olduğunu iddia edir. “Tasnim” mənbələrə istinadən yazıb ki, qəbiristanlığın girişinin yaxınlığında uzaqdan partladıla bilən bomba olan iki paket olub. “İrna”nın məlumatına görə, birinci partlayış Süleymaninin məzarının 700 metrliyində, ikinci partlayış isə ziyarətgahın bir kilometrliyində, nəzarət-buraxılış məntəqəsi yaxınlığında eşidilib.

Hücumlara görə hələ ki, heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.

Kerman Qızıl Aypara Cəmiyyətinin rəhbəri Reza Fallah dövlət televiziyasına açıqlamasında bildirib ki, təhlükəsizlik tədbirlərinə baxmayaraq, dəhşətli səs eşidilib.

“Biz hələ də araşdırma aparırıq. Biz hazırda ərazidə olan yaralıları təxliyə edirik. İzdiham böyükdür və iş olduqca çətindir, ora gedən bütün yollar bağlanıb”, – Fallah deyib.

Qeyd edək ki, Kirman şəhərində SEPAH-ın Qüds qüvvələrinin keçmiş komandiri Qasım Süleymaninin dəfn olunduğu qəbiristanlığın yaxınlığında baş verən partlayışlar nəticəsində ölənlərin sayı 103-ə çatıb.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …