Cümə , Oktyabr 16 2026
azfa

“Behzad Dəşti” girov qarşılığında Evin həbsxanasından müvəqqəti azadlığa buraxıldı

GADTB: Azərbaycanlı fəal Behzad Dəşti 1404-cü ilin Azər ayının 26-sı axşam saatlarında 7 milyard tümən məbləğində girov qoymaqla Tehranın Evin həbsxanasında yerləşən Təhlükəsizlik Nazirliyinin 209-cu təcridxanasından müvəqqəti olaraq azad edilib. Onun azadlığı məhkəmə araşdırması başa çatanadək qüvvədədir.

H’min azərbaycanlı fəalın ailəsinə yaxın mənbələrin bildirdiyinə görə, Behzad Dəştəyə qarşı irəli sürülən ittihamlar “qanunsuz qrupa üzvlük”, “ölkə təhlükəsizliyinə qarşı toplantı və əlbir olma” və “ictimai asayişin pozulması” maddələrini əhatə edir.

Yaxınlarının sözlərinə görə, iş üzrə istintaq aparan müstəntiq həbs-qətimkan tədbirini girovla əvəz edərək Behzad Dəştinin müvəqqəti azadlığa buraxılmasına şərait yaradıb.

Qeyd edək ki, Behzad Dəşti Abbas Lisanı, Əli Xeyircu və Yusif Karı ilə birlikdə 1404-cü ilin Aban ayının 20-də Evin həbsxanasının qarşısında saxlanılmışdı. Mövcud məlumatlara əsasən, adı çəkilən digər üç azərbaycanlı fəal hələ də Təhlükəsizlik Nazirliyinin 209-cu təcridxanasında müvəqqəti həbs qərarı ilə saxlanılır.

Həmçinin yoxlayın

Terror təşkilat olan İran Kürdüstanı Demokrat Partiyası Qərbi Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib

GADTB: İran Kürdüstanı Demokrat Partiyasının mərkəzi saytı “Böyük Kürdüstan” adlandırılan ərazinin xəritəsini yenidən yayımlayaraq Qərbi …

İsrail ordusu İrana qarşı məqsədli hücum üçün ən yüksək hazırlıq səviyyəsinə gətirilib

GADTB: “İsrael Hayom” nəşri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər …