Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Beygi rejimin Azərbaycan türkcəsi ilə bağlı verdiyi sözü tutmadığını deyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdən məclisə millət vəkili seçilmiş Əhməd Əlirza Beygi Ruhani hakimiyyətinin Azərbaycan millətinə verdiyi vədləri tutmadığına etiraf edib.

Aşıqlar Birliyinin konfransında çıxış edən Beygi diqqətə çatdırıb ki, prezident seçkiləri ərəfəsində Təbrizə səfər edən Həsən Ruhani seçicilərə Azərbaycan Türkcəsi Akademiyasının açılacağı haqqında söz vermişdi. H.Ruhaninin rəhbərlik etdiyi hökumət verdiyi sözü tutmalı və Azərbaycan Türkcəsi Akademiyasının açılmasına şərait yaratmalıdır.

Ə.Beygi bildirib ki, Azərbaycan Türkcəsi Akademiyasının açılması İranın mədəniyyətinin zənginliyini göstərəcək. Onun sözlərinə görə, Azərbaycan dili müxtəlif ölkələrdə yaşayan xalqların bir-biri ilə ünsiyyətində işlədilən dildir. Bu səbəbdən də Azərbaycan Türkcəsi Akademiyasının açılması İranın mədəniyyətinə zənginlik bəxş edər.

Xatırladaq ki, 2013-cü ildə keçirilən prezident seçkilərində namizəd olan Həsən Ruhani Təbrizdə seçiciləri ilə görüşündə bildirmişdi ki, seçiləcəyi təqdirdə Təbriz Universitetində Azərbaycan türkcəsi fakültəsinin və Azərbaycan Türkcəsi Akademiyasının açılması haqqında sərəncam verəcək.

Həmçinin yoxlayın

Yürüş Mehrəlibəyli və Əli Babayi Təbriz həbsxanasında uyğun olmayan kameralara köçürülüblər

GADTB: Yürüş Mehrəlibəyli ötən həftə karantin kamerasına, Əli Babayi isə detoksikasiya bölməsinə köçürülüb. Mənbələrin verdiyi …

Nəsir Rəzmcu Ərdəbildə evinə ETTELAAT əməkdaşlarının basqınından sonra həbs edilib

GADTB: Azərbaycanlı fəal Nəsir Rəzmcu bu gün, çərşənbə axşamı, 27 oktyabr 2026-cı il səhər saatlarında …

Bir cavab yazın