Bazar , Noyabr 29 2026
azfa

Beynəlxalq Əfv Təşkilatı molla rejimini vicdan məhbuslarını azad etməyə səslədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Beynəlxalq Əfv Təşkilatı molla rejiminin zindanlarda koronavirusu yaydığı üçün İran rejiminə vicdan məhbuslarını dərhal azad edilməyə çağırıb.

Beynəlxalq Əfv Təşkilat bununla bağlı açıqlama yaymışdır. Təşkilat koronavirusun geniş yayıldığı bir şəraitdə İran zindanlarında durumun olduqca təhlükəli olduğunu xatırladıb.

Beynəlxalq Əfv Təşkilatının bəyanatında deyilir: “İran hakimiyyəti bütün məhbusların sağlamlığını qorumaq üçün lazımı addımlar atmalıdır. Həmçinin hələ mühakimə olunmamış məhbusların, eləcə də xüsusi risk altında olan şəxslərin dərhal azad edilməsini nəzərdə tutmalıdır”.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta Sidneydə Tatar türklərinin Sabantuy festivalına qatılıb-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Dolların məzənnəsi 302 min tüməni keçdi: İran iqtisadiyyatı tam çöküşün astanasındadır

GADTB: İranın azad bazarında rialın dəyəri dəhşətli sürətlə ucuzlaşmaqda davam edir. ABŞ dollarının məzənnəsi bazar …

Bir cavab yazın