Cümə , Aprel 26 2024
azfa

Beynəlxalq Türk Akademiyası Pakistanla elmi əlaqələri genişləndirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli Pakistanın paytaxtı İslamabadda yerləşən Qlobal və Strateji Araşdırmalar Mərkəzinin (CGSS) nümayəndəsi Mehmud Ul Hassan Xanı qəbul edib.

Görüş Pakistan tərəfinin təşəbbüsü ilə baş tutub. Akademiya prezidenti Qazaxıstan Xarici İşlər Nazirliyinin təşkil etdiyi “Qazaxıstan xarici medianın gözü ilə” VI beynəlxalq müsabiqədə qalib gəlməsi münasibətilə qonağı təbrik edib. Bildirib ki, Mehmud Ul Hassan Khanın Qazaxıstanda siyasi və iqtisadi islahatlar, eləcə də Abay Kunanbayulunun mənəvi irsi ilə bağlı məqalələri maraqla qarşılanır. Görüş zamanı, eləcə də Pakistanla Türk dünyası arasında əməkdaşlıq məsələlərini müzakirə edilib. D.Kıdırəli 2020 -ci ilin dekabr ayında Pakistana səfəri zamanı Prezident Arif Alvi ilə görüşü, həmçinin Pakistan Xarici İşlər və Təhsil nazirliklərində və ölkənin nüfuzlu ali təhsil ocaqlarında keçirdiyi görüşlər barədə məlumat verib.

Bundan başqa, qərargahı İslamabadda yerləşən COMSTECH (İslam Əməkdaşlıq Təşkilatı Elmi və Texniki Əməkdaşlıq Daimi Komitəsi) və ECO SF (İqtisadi Əməkdaşlıq Təşkilatının Elmi Fondu) kimi beynəlxalq təşkilatlarla memorandumlar imzalandığını və bu təşkilatlarla əməkdaşlığın inkişaf etdirildiyini bildirib. Mehmud Ul Hassan Xan da öz növbəsində, CGSS-nin əməkdaşlıq və əsas tədqiqat istiqamətlərinin Mərkəzi Asiya və Cənubi Qafqaz da daxil olmaqla Avrasiya ölkələri olduğunu qeyd edib və qəbul üçün Akademiya Prezidentinə minnətdarlığını bildirib. O, Pakistanın beyin mərkəzlərinin, o cümlədən təmsil etdiyi qurumun Türk Akademiyası ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. Qonaq İkinci Qarabağ Müharibəsində Pakistanın beyin mərkəzlərinin Azərbaycanın haqlı mübarizəsində beynəlxalq səviyyədə dəstəyinə də diqqət çəkib. Görüşün yekununda tərəflər elmi inteqrasiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsi barədə razılığa gəliblər. Buna uyğun olaraq, CGSS ilə Türk Akademiyası arasında memorandum imzalanıb.

Memorandumu Qlobal və Strateji Araşdırmalar Mərkəzi Ekspert Şurasının üzvü Mehmud Ul Hassan Xan və Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidli imzalayıb. Görüşdə Akademiyanın ekspertləri Timur Kozyrev və Dinmuhammed Ametbek də iştirak ediblər.

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …