Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Bir qrup azərbaycanlı fəal Əkbər Əbülzadə ilə görüş keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünəm bir qrup azərbaycanlı milli-mədəni fəal keçmiş siyasi məhbus Əkbər Əbülzadə ilə görüşüblər.

Azərbaycanlı fəal Əkbər Əbülzadənin Əhər şəhərindəki evində keçirilən görüşdə Azərbaycanla bağlı məsələlər və mədəni mövzular müzakirə olunub.

Qeyd edək ki, fevralın 8-də sərbəst buraxılan azərbaycanlı fəal Əkbər Əbülzadə keçən il iyunun 7-də Əhər şəhərində həbs edilmişdi. Fəalın həyat yoldaşı Sara Xudakərəmi özünün İnstaqram səhifəsində bununla bağlı yazmışdı: “Həbsin səbəbləri barədə məlumat verilməsə də, Əyyubun bundan öncə 2015-ci ildə İran televizyasının “Fitilə” verilişində azərbaycanlıların təhqir edildiyinə görə etiraz aksiyalarına qoşulduğu üçün 10 ay həbs cəzasına məhkum edilməsi ilə bağlı olduğu güman edilir”.

Əkbər Abülzadə Əhər şəhərində anadan olub və 12 noyabr 2015-ci ildə dinc etiraz aksiyalarına qoşulduğu üçün yaxalanmışdı. Milli fəal 1 sentyabr 2018-ci ildə Şərqi Azərbaycan əyalətində Apellyasiya Məhkəməsinin yekun qərarı ilə 10 ay həbs cəzası almışdı.

Həmçinin yoxlayın

Traxtur klubu irqçi təhqirlərə rəsmi etiraz etdi

GADTB: Azərbaycanın Traxtur futbol klubu “NO TO RACISM” (“İrqçiliyə yox!”) yazısı olan görüntünü rəsmi Instagram …

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …