Çərşənbə , Sentyabr 23 2026
azfa

Blinken Sepah-ın terror təşkilatı olmasına təkid etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Amerikanın dövlət katibi Entoni Blinken “NBC” telekanalına açıqlamasında Sepah-ın terror təşkilatı olduğuna təkid etdi.

Blinken Sepah-ın terror təşkilatları siyahısından mümkün çıxarılması ilə bağlı suala cavabında nüvə müzakirələrinin detallarını açıqlamadan anlaşmanın bərpasına nikbin baxmadığını bildirib.

O, daha sonra müzakirələr üçün bu qədər səylərin göstərilməsinə baxmayaraq, istədikləri nöqtəyə gəlib çıxa bilmədiklərini söyləyib.

Qeyd edək ki, İran hökuməti nüvə anlaşmasının canlandırılması üçün Sepah-ın adının terror təşkilatları siyahısından çıxarılması şərtini irəli sürüb. Lakin bu şərt Qərb ölkələri və Amerikanın respublikaçı konqresmenləri tərəfindən kəskin etirazlarla qarşılanıb.

Həmçinin yoxlayın

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …

İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı

GADTB: “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yaydığı məlumata görə,  Azərbaycana uçuşlar həyata keçirən İran İslam …