Çərşənbə , Oktyabr 21 2026
azfa

BMT Azərbaycan İnsan Hüquqları Cəmiyyəti- “Ərk”-in iki bəyanatını yaydı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Birləşmiş Millətlər Təşkilatında ECOSOC (Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurası) məşvərətçi səlahiyyətinə malik olan Azərbaycan İnsan Hüquqları Cəmiyyəti-“Ərk”-in  51-ci sessiyaya iki mühüm bəyanat yayınlanır.

BMT-nin İnsan Haqları Şurası tərəfindən rəsmi olaraq hökumətlərə təqdim edilən həmin iki bəyanat “Urmiya gölü fəlakətli ölüm astanasındadır” və “Şərqi Azərbaycanın Vərziğan bölgəsində, Süngun Mis Mədəni işçilərinin etirazı” mövzularındadır.

Bildirili ki, Birləşmiş Millətlər Təşkilatının Baş Katibi həmin iki yazılı bəyanatın ingiliscə mətnini alaraq, İqtisadi və Sosial Şuranın 31/1996 saylı qərarına əsasən nəşr edib.

Qeyd edək ki, Azərbaycan İnsan Hüquqları Cəmiyyəti – “Ərk” BMT-nin ECOSOC-da (İqtisadi və Sosial Şurası) məşvərətçi səlahiyyətə malikdir və əvvəlcə olduğu kimi, İnsan Hüquqları Şurasının 51-ci sessiyasında fəal iştirak edir.

BMT-nin Hüquq Şurasının iclası 12 sentyabrdan 7 oktyabra qədər Cenevrədə davam edəcək.

Həmçinin yoxlayın

Təbrizdə Vahid Vidafərin bir paylaşımı bəyənməsinə görə 75 gündür həbsdə saxlanıldığı və taleyinin qeyri-müəyyən olduğu bildirilir

GADTB: Təbriz şəhərində yaşayan Vahid Vidafər həbs olunmasından 75 gün keçməsinə baxmayaraq, hələ də taleyi …

Azərbaycanlı siyasi məhbuslara təzyiqlər artır: Milli fəallar Təbriz həbsxanasında ümumi cinayət məhbuslarının saxlanıldığı kameralara köçürülüb

GADTB: Yayılan məlumatlara görə, Azərbaycanlı siyasi məhbuslar Yürüş Mehrəlibəyli, Əli Babayi və Əli Nəjadabbasi Bostanabadinin …