Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Ukrayna Rusiyanın 234 hərbi təyyarə və 197 helikopterini vurub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna müharibənin 177-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya indiyə qədər 44 700 hərbçi, 1 899 ədəd tank, 4195 ədəd zirehli döyüş maşını, 1016 ədəd artilleriya sistemi, 266 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 141 hava hücumundan müdafiə sistemi, 234 ədəd hərbi təyyarə, 197 ədəd helikopter, 3130 ədəd avtomobil texnikası, 795 ədəd PUA, 190 qanadlı raket, 15 gəmi/qayıq, 94 xüsusi avadanlıq itirib.

Həmçinin Ukrayna hərbçiləri Xerson vilayətində rus işğalçılarının yenicə bərpa etdikləri Kaxovka körpüsünü yenidən vurub. Bu barədə Xerson Regional Hərbi Administrasiyası sədrinin müşaviri Serhiy Xlan öz feysbuk səhifəsində məlumat verib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin “Pivden” əməliyyat komandanlığı qarşı tərəfin Kaxovka körpüsünün təmiri və istifadəsi planlarını məhv etdiyini rəsmən təsdiqləyib.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …