Çərşənbə , Oktyabr 14 2026
azfa

BMT: “İslam Respublikasında baş verən repressiyalarda ölənlərin sayı 20 mini keçə bilər”

GADTB: Bloomberg xəbər agentliyi bildirib ki, İranın son etirazlara qarşı həyata keçirdiyi tədbirlər nəticəsində qurbanların sayı 20 mini keçə bilər.

Hazırda İrandan xaricdə yerləşən HRANA da daxil olmaqla, insan haqları təşkilatları son etirazlarda təxminən 5000 ölüm hadisəsini təsdiqləyib.

Lakin, Bloomberg dünən BMT-nin İran üzrə xüsusi məruzəçisi May Satoya istinadən yazıb ki, yanvar ayında baş verən kütləvi etirazlarda ölənlərin sayı 20 mini keçə bilər.

İranın Ali Milli Təhlükəsizlik Şurası qəzet və onlayn media qurumlarının rəhbərlərinə İran Milli İnqilabında həlak olanların sayı ilə bağlı müstəqil xəbərlər dərc etməkdən çəkinməyi və yalnız dövlət qurumları tərəfindən açıqlanan statistikaya istinad etməyi tapşırıb./Azad İran

Həmçinin yoxlayın

İraqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir

GADTB: İrqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir. Bu istiqamətdə molla …

Azərbaycanlı şair və həkim Aqşın Ağkəmərli vəfat edib

GADTB: Bu gün səhər saatlarında Azərbyacn Respublikasında yaşayan Güney Azərbaycandan olan folklorşünas, tədqiqatçı və yazıçı …