Bazar ertəsi , İyun 15 2026
azfa

Molla rejimin həbs etdiyi Yuruş Mehrəlibəyli və Əli Babayidən xəbər yoxdur

GADTB: Son həftələrdə Təbriz şəhərində İran İslam Respublikası təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan Azərbaycan Milli Hərəkatının fəalları Yuruş Mehrəlibəyli və Əli Babayi barədə hələ də heç bir məlumat yoxdur.

Məlumata görə, ailələrin saxlanılanların vəziyyətini öyrənmək üçün təhlükəsizlik və məhkəmə orqanlarına etdikləri çoxsaylı müraciətlər indiyədək konkret nəticə verməyib. Mənbələr bildirir ki, məsul qurumlar onların harada saxlanıldığı, hansı qurum tərəfindən tutulduğu və hüquqi statusu barədə məlumat verməkdən imtina edir, yalnız saxlanmaların guya “əhalini etirazlara çağırmaq” səbəbi ilə həyata keçirildiyini qeyd edirlər.

Bildirilir ki, Əli Babayi internetin kəsilməsi və məlumat çatışmazlığı səbəbindən dəqiq tarix bilinməsə də, 18 və ya 19 dey tarixlərində Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Həmçinin Yuruş Mehrəlibəyli 15 dey tarixində, xalq etirazları ilə bağlı video müraciət yaydıqdan və Azərbaycan siyasi təşkilatlarını etiraz çağırışları etməyə səslədikdən bir neçə saat sonra Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Həmçinin yoxlayın

Evin həbsxanasında saxlanılan azərbaycanlı milli-mədəni fəal Səlar Tahir Əfşarın cəzası artırılıb

GADTB: Yayılan məlumatlara görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus Salar Tahir Əfsharin hökmü artırılıb. …

ABŞ ilə mümkün razılaşma İran mətbuatını iki cəbhəyə bölüb

GADTB: İran və ABŞ arasında müzakirə olunan mümkün razılaşma ölkə daxilində, xüsusilə də mətbuat orqanları …