Xəbərlər

Qəzvin və Təbrizdə bir neçə sənaye müəssisəsi bağlanır

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Təbrizdə Kombayn Zavodu iqtisadi böhran üzündən bağlanmaq ərəfəsindədir. Bu zavodun işçiləri məcburiyyət qarşısında etiraz aksiyası keçiriblər. Qəvzində isə fəaliyyət göstərən Fulad Qəzvin və Arman Şəfəq zavodları 12 il fəaliyyətdən sonra müvəqqəti olaraq işini dayandırıblar. Həmin zavodların yüzlərlə işçisi etiraz aksiyası keçiriblər.

Ətraflı oxu »

“Türkçülüyün patriarxı: Əhməd bəy Ağaoğlu (1869-1939)” adlı kitab çapdan çıxdı

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə nəşr edilən kitabların sırasına daha bir sanballı əsər daxil olub. “Türkçülüyün patriarxı: Əhməd bəy Ağaoğlu (1869-1939)” adlı kitab bu günlərdə “TEAS Press” Nəşriyyat Evi tərəfindən çapdan buraxılıb.

Ətraflı oxu »