Çərşənbə , May 6 2026
azfa

Xəbərlər

Güney Azərbaycanda “Aydınlıq” öyrənci nəşri işıq üzü görüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Urmiya Universitetində “Aydınlıq” ictimai-siyasi, mədəni və ədəbi nəşrinin birinci sayı yayılıb. Azərbaycan türkcəsi və fars dilində çap olunan dərgi şəhid Qazi Təbatəbayi texniki fənlər fakultetininin öyrənciləri tərəfindən hazırlanıb.

Ətraflı oxu »

ABŞ vətəndaşlarını Dağlıq Qarabağa səfər etməməyə çağırsa da, İran Qarabağa turist cəlb edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Dövlət Departamenti vətəndaşlarını Dağlıq Qarabağa səfər etməməyə çağır. Lakin özünü müsəlmanların hamisi qələmə verən İran adlanan ölkənin onlarla saytı Azərbayvcanın işğal olunmuş ərazisini müstəqil dövlət kimi qələmə verib, beynəlxalq qanunları pozaraq, Dağlıq Qarabağa turist səfərlərini təbliğ edir.

Ətraflı oxu »

Urmuiya gölünün qurudulmasının nəticəsi: Şərqi Azərbaycanın 3 aylıq içməli su ehtiyatı qalıb

GADTB-nin Mətbuat Mərkəzinin yaydığı məlumata görə, türk düşməni olan İran adlanan ölkənin qəsdən Urmiya gölünü qurutması Güney Azərbaycanda ekoloji fəlakətə yol açıb. Nəticədə iqlim dəyişikliyi baş berib və duz qasırğalarının yaranmasından əlavə Urmiya gölü və ətrafında yağıntılar kəskin azalıb. Bunun da nəticəsində qış fəslinin olmasına baxmayaraq, Şərqi Azərbaycan vilayətində kəskin …

Ətraflı oxu »

Əhərdə müəllimlər Əhər-Təbriz yolunun genişləndirilməməsinə etiraz edir

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, bir qrup azərbaycanlı müəllim Əhərdə bannerlər yazmaqla Güney Azərbaycanda qətlgah kimi məşhur olan Əhər-Təbriz yolunun genişləndirilməməsinə etiraz ediblər. Onlar üzərinə yolun genişləndirilməməsinin çox saylı qəzalara səbəb olması və müəllimlərin çoxunun da bu yolda həyatını itirməsinə diqqət çəkən sözlər yazmaqla rejimin məsul şəxslərinə öz …

Ətraflı oxu »

İran rejiminin törətdiyi ekoloji fəlakət: Urmiya gölünü qurtarmağa su qalmayıb

  GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, İran rejiminin müstəmləkəçi siyasəti nəticəsində Güney Azərbaycanda ekoloji fəlakət baş vermiş və ekspertlərin bildirdiyinə görə, artıq Urmiya gölünü qurtarmağa su qalmamışdır. Mövcud olan su isə İran rejiminin istəyi ilə kürdlərin  əkinçiliyi və digər ehtiyaclarının ödənilməsi üçün su bəndlərinə toplanır.

Ətraflı oxu »

Həbs edilən azərbaycanlı yazıçı və tərcüməçidən heç bir məlumat yoxdur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Yanvarın 4-də İran adlanan ölkənin təhlükəsizlik qüvvələri tərəfindən Xoy şəhərində həbs edilən Şəhriyar Güləvaninin vəziyyətindən heç bir məlumat yoxdur. Güney Azərbaycandan olan sənətçinin ailə üzvləri Xoy şəhərinin Zindan və ETTELAAT İdarələrinə müraciət edərək Şəhriyar Güləvaninin vəziyyəti barədə məlumat almaq istəmişlər. Lakin onlara heç …

Ətraflı oxu »

Azərbaycanda 2018-ci il Azərbaycan Xalq Cümhuriyyəti İli elan olundu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Respublikasının prezidenti 2018-ci ili Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib. Prezident İlham Əliyev bunu Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib. Prezident İlham Əliyev il ərzində bununla əlaqədar həm ölkəmizdə, həm də …

Ətraflı oxu »