Şənbə , May 18 2024
azfa

Xəbərlər

Azərbaycanın tarixi Ekbatan təpəsi UNESCO-nun mədəni irs siyahısına salına bilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın qədim şəhəri Həmədanda yerləşən tarixi Ekbatan ərazisi və təpəsinin UNESCO-nun mədəni irs siyahısına salınması üçün işlər sürətləndirilir. Həmədan vilayətinin Mədəni İrs, Turizm və Əl Sənayesinin direktoru Əli Malmir bu barədə məlumat verib. Məsələ vilayətin məclisdəki nümayəndələrinin iştirakı ilə təşkil olunmuş iclasda …

Ətraflı oxu »

Türkiyə Aralıq dənizində Yunanıstanın təxribatına qarşı hərəkətə keçdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Aralıq dənizində Yunanıstan-Türkiyə arasında gərginlik artmaqda davam edir. Bu gün səhər saatlarından etibarən Türkiyə hərbi gəmiləri Antalyanın bağlı Limanağzı bölgəsi sahillərinə, yunan gəmiləri isə Meis adası ətrafına yerləşdirilib. Digər tərəfdən Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 3 helikopter isə ərazidə davamlı patrul aparır. Türkiyə …

Ətraflı oxu »

Tehranın Evin zindanında koronavirus infeksiyası yayılması siyasi məhbusları etiraza qaldırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən avqustun 10-da Tehran şəhərində yerləşən Evin zindanında məhbuslar arasında koronavirusun yayılması ilə bağlı 27 siyasi məhbus bu zindanın həyətində oturaq aksiya keçirib. Dünən həbsxananın 8-ci bölməsində saxlanılan məhbuslar arasında COVİD-19 xəstəliyinin simptomları ortaya çıxdığından sonra bu korpusdakı 27 siyasi məhbus zindanın həyətində …

Ətraflı oxu »

Rejimin yaxaladığı milli fəal Əkbər Sadiqi vəsiqə qarşılığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin  Urmiyada yaxaladığı azərbaycanlı milli fəal Əkbər Sadiqi mülki vəsiqə qarşılığında müvəqqəti zaminə buraxılıb. Azərbaycanlı fəal dünən avqustun 10-da məhkəmə tərəfindən qəbul edilən 50 milyon tümənlik vəsiqə qaşılığında rejimin Urmiyada yerləşən zindanından zaminə buraxılıb. Rejimin kəşfiyyat və təhlükəsizlik polisi aqustun 6-da …

Ətraflı oxu »

Rejim yol qəzasında dünyasını dəyişən milli fəalın dəfn mərasimində onun qardaşını yaxaladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Sayınqala-Qoşaçay yolunda avtomobil qəzasında avqustun 9-da həyatını itirən azərbaycanlı milli fəal Bəhmən Xaliqinin dəfn mərasimi zamanı rejim həmin fəalın qardaşı Aydın Xaliqini həbs edib. Onun hansı səbəbdən yaxalandığı barədə heç bir məlumat verilməyib. Aydın Xaliqinin rejimin Binab şəhərindəki Polis İdarəsinin təhlükəsizlik bölməsinin rəisi …

Ətraflı oxu »

Evin zindanında koronavirus; həbsdə olan Behnam Şeyxidə koronavirus simptomları aşkarlandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı siyasi məhbusları həbs etdiyi zindanın 8-ci bölməsində koronavirus yayıb. Artıq azərbaycanlı fəalların da saxlandığı zindanın 8-ci bölməsində bəzi məhbusların koronavirus testi müsbət çıxıb. İyulun 21-də həmin bölmədə saxlanılan azərbaycanlı milli fəal Behnam Şeyxidə koronavirus əlamətləri müşahidə olunub. Tehranın Evin …

Ətraflı oxu »

Azərbaycanlı fəal Bəhmən Xaliqi avtomobil qəzasında həyatını itirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Binab şəhərindən olan türk fəal, kemçmiş siyasi məhbus Bəhmən Xaliqi baş verən avtomobil qəzasında həyatını itirib. Azərbaycanlı fəalın Sayınqala-Qoşaçay yolunda avtomobil qəzasında dünyasını dəyişdiyi bildirilir. Qeyd edək ki, Bəhmən Xaliqi keçən son 10 il ərzində göstərdiyi fəaliyyətlər səbəbilə dəfələrlə rejim tərəfindən …

Ətraflı oxu »

İran rejimi Sayınqalada azərbaycanlı milli fəal Cavad Ruhinejad yaxalayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars vrejim azərbaycanlı fəal-mədəni Cavad Ruhinejadı avqustun 4-də Sayınqala şəhərində yaxalayıb, Qoşaçay şəhərinin zindanına aparıb. Cavad Ruhinejadın rejimin mülki geyimli qüvvələri tərəfindən öz iş yerində yaxalanıb və avqustun 4-dən bəri Qoşaçayın zindanında həbsdə saxlandığı bildirilir. Həmçinin rejimin təhlükəsizlik qüvvələri Cavad Ruhinejadı öz …

Ətraflı oxu »

Rejim azərbaycanlı fəal Əkbər Sadiqini Urmiyada yaxaladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Urmiya sakini olan azərbaycanlı milli-mədəni fəal Əkbər Sadiqini polis idarəsinə çağıraraq yaxalayıb. Polis tərəfindən azərbaycanlı fəalın atasının evinə göndərilən çağırış vərəqəsində onun avqustun 9-da polis idarəsinə getməsi tələb edilmişdi. Beləliklə azərbaycanlı fəal rejim tərəfindən həbs edilib. Sadiqinin ailəsi isə axşam …

Ətraflı oxu »

Rejim azərbaycanlı fəalı Binabda təhdid edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin polisi  Binab şəhərində azərbaycanlı milli-mədəni fəal Cəfər Süleymanzadəni polis idarəsinə çağıraraq təhdid ediblər. Rejimin təhlükəsizlik qüvvələri avqustun 7-də Süleymanzadəyə zəng edərək onun polis bölməsinə çağırıblar və fəalın polis idarəsinə getmədiyi təqdirdə həbs ediləcəyi ilə təhdid ediblər. Polis idarəsində Süleymanzadədən mobil …

Ətraflı oxu »