Çərşənbə , Oktyabr 21 2026
azfa

Çin əvvəldən koronaviruslu xəstələri qəsdən dünyanın müxtəlif ölkələrinə göndərib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Çin koronavirusun yayıldığı ilk vaxtlardan koronaviruslu xəstələri qəsdən dünyanın müxtəlif ölkələrinə göndərdiyi məlub olub.

“Foks Nyus”a bu barədə müsahibəsində ABŞ Prezidenti Donald Tramp deyib ki, Çin koronavirusun peyda olmasında səhvə yol verib və onu gizlətməyə cəhd etdi.

“Düşünürəm ki, onlar dəhşətli səhvə yol veriblər və bunu etiraf etmək istəməyiblər. Biz istəyirdik Çinə araşdırma üçün gələk, onlar bizi, hətta Ümumdünya Səhiyyə Təşkilatını buraxmaq istəmədilər. Onlar bunu dərhal yox, bir qədər gec etiraf etdilər. Mənim fikrimcə, onlar səhvə yol verdilər və onu gizlətməyə cəhd etdilər. Çinin etdiyi ən pis şey ondan ibarət idi ki, onlar Çinə girişi qadağan edib, ABŞ və bütün dünyaya gedişləri qadağan etmədilər”, – deyə o bildirib.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …

Bir cavab yazın