GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Çin uyğurların yaşadığı Sintsyan-Uyğur muxtar bölgəsində yenidən böyük sədd tikmək niyyətindədir.
Bunu muxtar bölgənin rəhbəri Şokrat Zakir jurnalistlərə açıqlamasında söyləyib. Onun sözlərinə görə, 5700 kilometr uzunluqda olan bu sədd ölkəyə xaricdən ekstrimist, separatçı və terrorçuların girişinin qarşısının alınması üçün tikilir:
“Biz çalışırıq ki, əsas bölgələrin təhlükəsizliyini təmin etmək üçün mümkün olan hər şeyi edək. Təhlükəsizlik üçün biz internetə nəzarəti gücləndirir, sərhəd bölgələrində infrastrukturu yaxşılaşdırırıq”.