Bazar , Oktyabr 18 2026
azfa

Cinaytkar molla rejimi etirazlar silah gücünə yatırılmağı qanuniləşdirməyə çalışır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, cinayətkar molla rejimi və onun qatil prezidenti İbrahim Rəisi hökuməti dinc etirazçılara qarşı odlu silahdan istifadəni qanuniləşdirmək istəyir.

İrqçi fars-molla rejiminin parlamentinə təsdiq üçün təqdim edilən yeni layihəyə əsasən, ölkənin silahlı qüvvələrinin, o cümlədən hərbi, polis, mülki geyimli polis və inqilabçıların səlahiyyətləri genişlənərək xalq etirazlarının silahlı yatırılmasını əhatə edəcək.

İran hökumətinin polis məmurları və silahlı qüvvələrin “zəruri hallarda silahdan istifadəsinə dair qanuna” dəyişiklik etmək üçün göndərdiyi qanun layihəsi İslam Şurası Məclisinin gündəliyinə salınıb.

 Hazırkı qanunda qeyri-qanuni nümayişlərdə və silahlı iğtişaşlarda təhlükəsizliyi təmin etmək üçün əməliyyatlar üzrə komandirin əmri ilə yalnız hərbi və hüquq-mühafizə orqanlarının əməkdaşlarına silahdan istifadə etməyə icazə verilir. Ancaq təklif olunan dəyişiklikdə “silahlı qüvvələrin məmurları” ifadəsi “silahlı məmurlar” olaraq dəyişdirilib.

 İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının Rəyasət Heyətinin üzvü İbrahim Əzizi bildirib ki, komissiya qanun layihəsini nəzərdən keçirib və yəqin ki, gələn həftə keçiriləcək ümumi iclasın gündəliyinə salınacaq. 

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …