Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

İranın Xameneiyə dəstək üçün “Salam, komandan” mahnısı da oğurluq çıxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin hər şeyi yalan olduğu kimi “Salam, komandan” mahnısı da oğurluq çıxdı.

İran hökumətinin son dövrlər ölkənin ali rəhbəri Əli Xameneiyə dəstək olmaq üçün geniş propaqanda aləti kimi istifadə etdiyi “Salam, komandan” mahnısının oğurluq olduğu üzə çıxıb.

Belə ki, musiqi sahəsi üzrə ixtisaslaşan iranlı jurnalist Bəhmən Babazadənin apardığı araşdırmalar bu mahnının sözbəsöz və notbanot İraq mahnısından oğurlandığını üzə çıxarıb.

İlk dəfə isə bir neçə gün əvvəl Mahmud Əhmədinejad mahnının oğurluq olduğunu bildirmiş və onun orijinalı olan İraq musiqisini öz Telegram kanalında yaymışdı.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …