Şənbə , Noyabr 14 2026
azfa

Çinin 16 hərbi yük təyyarəsi İrana endi

GADTB: Misli görünməmiş və böyük bir logistik əməliyyat nəticəsində 56 saat ərzində Çinin 16 hərbi yük təyyarəsi İrana enib. Bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.

“Pekin və Tehran arasında strateji əməkdaşlığın əhəmiyyətli dərəcədə artdığını göstərən bu əməliyyat bu qədər qısa müddətdə indiyə qədər qeydə alınan ən böyük transferdir”, – məlumatda bildirilib.

Qeyd olunub ki, Çin “Y-20 Kunpeng” kimi ağır strateji nəqliyyat təyyarələrindən istifadə etməklə sürətli şəkildə vacib hərbi texnika və ya personal yerləşdirmə əməliyyatı aparır.

Həmçinin yoxlayın

Mossad rəhbəri İran rejimi ilə müharibə məsələsini müzakirə etmək üçün Vaşinqtona gedib

GADTB: Mossad rəhbəri Roman Qofman cümə günü İran rejimi ilə müharibə barədə ABŞ-ın yüksək vəzifəli …

Rubio: İran nüvə silahı hazırlamaq üçün bütün işləri görür və nüvə silaahı istəmədiyini iddia edir

GADTB: ABŞ-ın dövlət katibi Marko Rubio İran İslam Respublikası rejiminin nüvə silahı əldə etməyə çalışdığını …