Çərşənbə , Oktyabr 14 2026
azfa

Molla rejimin Ərdəbildə qətlə yetirdiyi iki nəfərin şəxsiyyəti müəyyənləşdirildi

GADTB: Əldə olunan məlumatlara görə, Ərdəbil şəhərindən olan 19 yaşlı gənc Məbin Əslani bu şəhərdə keçirilən etirazlar zamanı İran rejiminin silahlı qüvvələri tərəfindən güllə ilə vurularaq həyatını itirib. O, Ərdəbilin Şəriəti bölgəsində baş verən qarşıdurmalar zamanı güllə yarası almışdı.

Həmçinin Ərdəbildən olan 40 yaşlı Əli Şirməhəmmədi də şəhərin Sərçeşmə məhəlləsində keçirilən etirazlar zamanı güllə yarası nəticəsində həlak olub.

Mötəbər məlumatlar Ərdəbildə baş verən etirazlar zamanı onlarla insanın həlak olduğunu, yüzlərlə şəxsin isə yaralandığını bildirir.

Bundan əlavə, son günlərdə Ərdəbildə keçirilən etirazlar zamanı güllə yaraları nəticəsində onlarla şəxsin hər iki gözünü itirdiyi, bir çox hallarda isə etirazçıların bir gözünün tibbi müdaxilə ilə müalicə olunduğu qeyd edilir.

Eyni zamanda bildirilir ki, Təbrizdə də etirazlar zamanı azı 20 nəfər həlak olub, onlarla insan isə yaralanıb.

Həmçinin yoxlayın

Azərbaycandan Fransa Xarici İşlər Nazirliyinin başçısının Azərbaycanı hədəf almasına etiraz

GADTB: Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun 13 oktyabr tarixində İqtisadi Əməkdaşlıq və …

İraqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir

GADTB: İrqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir. Bu istiqamətdə molla …