Cümə , Sentyabr 25 2026
azfa

Çinli epidemioloq Çin dövlətinin koronavirusu gizlədib dünayaya yayma faktını ifşa etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, çinli epidemioloq və pulmonoloq Çjun Nanşan Çin dövlətinin koronavirusu gizlədib dünayaya yayma faktını ifşa etdi.

CNN-in məlumatına görə,  o deyib ki, Çinin Uhan şəhərinin rəhbərliyi ilk günlərdə COVID-19-un yayılması barədə əsas məlumatları gizlətdilər.

Nanşan yanvarın 18-də Uhana gəlib və iki gün sonra rəsmi olaraq bəyanat verib ki, bu virus insandan insana keçir. Buna qədər isə şəhər rəhbərliyi virusun qarşısının alındığını və nəzarətə götürüldüyünü elan etmişdi.

“Yerli hökumət həqiqəti demək istəmirdi. Mən çoxlu insanın buna yoluxa biləcəyini deyəndə əvvəlcə susurdular”, – Çjun bildirib.

Həmçinin yoxlayın

Güney Azərbaycanın “Traxtur” komandasının reytinqi daha da yüksəlib

GADTB: “Traxtur” futbol komandası dünya reytinqində 30 pillə irəliləyərək dünyada 211-ci yerə yüksəlib. “FootballDatabase” saytının …

80 ölkə Hörmüz boğazının dərhal açılmasını tələb edib

GADTB: Təxminən 80 ölkə cümə axşamı, sentyabrın 24-də yaydığı birgə bəyanatda Hörmüz boğazının dərhal və …

Bir cavab yazın