GADTB: Son həftələr çinli turistlərin Təbrizə qeyri-adi dərəcədə axın etmələri təbrizlilərin narahatlığına səbəb olub. Bu barədə sosial media istifadəçiləri çoxsaylı paylaşımlar ediblər.
Onlar turizm sahəsinin inkişafının Təbriz üçün vacib olduğunu bildirsələr də, çinlilərin bu səviyyədə səfərlərinin şübhə doğurduğunu yazıblar:
“Uzun zamandır İrana və Təbrizə turist səfərlərinin sayının sıfıra endiyi bir vaxtda qıyıqgözlülərin belə axını xeyir əlaməti deyil. Onların daha çox sənaye müəssisələri, zavodları və əhəmiyyətli ticarət komplekslərini ziyarət etmələri şübhəli görünür”.
Qeyd edək ki, bir müddət öncə İran hökuməti birtərəfli olaraq çinlilər üçün viza rejimini ləğv edib.