Erməni təcavüzünü pislədiyinə görə İranın yaxaladığı Məhəmməd Heydərzadə mühakimə ediləcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzünü pislədiyinə görə İranın yaxaladığı Məhəmməd Heydərzadə mühakimə ediləcək. Artıq rejimin Təbrizdəki Beheşti Məhkəməsinin 16-cı şöbəsi fəal barədə son qərarını verərək işi məhkəməyə göndərib.

Rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin 1-ci şöbəsi azərbaycanlı milli-mədəni fəalı mühakimə edəcək.

Qeyd edək ki, Məhəmməd Heydərzadə İranın Ermənistana hərbi və logestik dəstək verməsinə qarşı keçirilən etiraz aksiyaları zamanı rejimin məmurları tərəfindən Təbrizdə yaxalanmışdı.

Fəala qarşı erməni təcavüzünü pislədiyinə görə “Ölkənin daxili təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq” və “Ümumi asayişi pozmaq” ittihamları irəli sürülüb. Bu  o deməkdir ki, Ermənistanın Azərbaycan şiələrinin ərazilərinə hərbi təcavüzünü pisləmək üzdəniraq İran İslam Respublikası üçün “Ölkənin daxili təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq” və “Ümumi asayişi pozmaq” anlamına gəlir.

Həmçinin yoxlayın

Tramp: Razılaşmaya çox yaxınıq, onlar nüvə silahına sahib olmayacaqlarını qəbul ediblər

GADTB: ABŞ Prezidenti Donald Trump İranla aparılan danışıqlarla bağlı son açıqlamasında tərəflərin razılaşmaya “çox yaxın” …

ABŞ İranın dondurulmuş aktivlərini İran tərəfindən hücuma məruz qalan körfəz ölkələrinə verməyi düşünür

GADTB: ABŞ administrasiyası İranın Küveyt və Bəhreynə qarşı son raket və dron hücumlarının vurduğu ziyanın …