Cümə , Aprel 19 2024
azfa

Erməni təcavüzünü pislədiyinə görə İranın həbs etdiyi fəalla görüş keçirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın Azərbaycan şiələrinin ərazilərinə hərbi təcavüzünü pislədiyinə görə antiislam İran rejiminin yaxaladığı azərbaycanlı fəal Zeynal Tənhai zaminə buraxılandan sonra azərbaycanlı fəallar onu ziyarət edib.

Təbriz sakini olan bir qrup azərbaycanlı milli-mədəni fəal zaminə buraxılan Zeynal Tənhai ilə görüşüb.

Erməni təcavüzünü pislədiyinə görə İranın həbs etdiyi milli fəal bir neçə gün əvvəl 500 milyon tümənlik ağır mülki vəsiqə qarşılığında ibtidai istintaq müddəti başa çatana qədər zaminə buraxılıb.

Ermənistanın Azərbaycan şiələrinin ərazilərinə hərbi təcavüzünün pislənilməsi məqsədil keçirilən aksiyalar zamanı Zeynal Tənhai heç bir məhkəmə qərarı olmadan rejimin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi.

Təhlükəsizlik qüvvələri fəalı həbs etdikdən sonra onun şəxsi əşyalarını, eləcə də özünün və xanımının mobil telefonlarını müsadirə etmişdilər.

Qeyd edək ki, oktyabrın 18-də Güney Azərbaycan şəhərlərində Nurduzun bağlanması tələbi və İranın Ermənistana dəstəklərinə qarşı keçirilmiş aksiyada çoxlu sayda qadın milli fəal da tutulub.

İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edir. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın