GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, mayın 8-i saat 09:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Laçın rayonu ərazisində şərti sərhəddə Azərbaycanın ekskavatorunu atəşə tutub.
Bu barədə Azərbaycan Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.
Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.