Şənbə , Oktyabr 24 2026
azfa

Ümumdünya Terrorla Mübarizə Assosiasiyası İranın terror əməllərini müzakirə edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Dövlət Departamenti məlumat yayıb ki, Budapeştdə ikinci iclası keçirilən Ümumdünya Terrorla Mübarizə Forumunun iştirakçıları İranın dünyada həyasız terror planları, o cümlədən SEPAH-ın Qüds Qüvvələrinin bu istiqamətdəki fəaliyyətlərini müzakirə ediblər.

Forumun iştirakçıları bildiriblər ki, İranın Yaxın Şərqdə və onun hüdudlarından kənarda davranışı sabitliyi pozur və bu ölkənin qeyri-qanuni fəaliyyəti beynəlxalq maliyyə sisteminin və hüquq normalarının bütövlüyünə xələl gətirir.

Onlar İranın terrorizmlə bağlı beynəlxalq sanksiyalardan yan keçmək üçün müxtəlif mexanizmlərdən necə istifadə etdiyini müzakirə ediblər.

Bununla yanaşı, iclas iştirakçıları Tehran rejiminin terror əməlləri və  sui-qəsdlərini müəyyən etmək və qarşısını almaq üçün hüquqi və maliyyə vasitələrindən istifadə barədə fikirləri bölüşüblər.

Həmçinin yoxlayın

Tramp: İndi qərar verməliyik ki, İran İslam Respublikası rejiminin işini bitirək, yoxsa onun tədricən zəifləməsinə imkan verək?

GADTB: Donald Tramp İran İslam Respublikası qarşısında ABŞ-ın hərbi üstünlüyünü vurğulayaraq, Vaşinqtonun bütün məqsədlərinə nail …

Qrossi: Agentlik İranın nüvə fəaliyyətlərini yoxlamağa hazırdır

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi bildirib ki, İranın nüvə fəaliyyətlərinin …