
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistan Araz çayında ekoloji fəlakət törədib.
Ermənistanda sənaye çirkab sularının axıdılması səbəbindən Araz çayının rəngi yenidən yaşıl olub.
Çayın suyunun rənginin dəyişməsinə səbəb isə ağır metalların yüksək konsentrasiyasıdır.
Qeyd edək ki, Ermənistan Metsamor Atom Elektrik Stansiyası və bir neçə zavodun kimyəvi-zəhərli tullantılarını Araz çayına axıtdığı üçün, çayda çirklənmə və ekoloji fəlakət baş verir.