Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Etirazlar zamanı molla rejimin 6 mindən çox insanı öldürdüyü təxmin edilir

GADTB: İran İnsan Haqları Təşkilatının yaydığı məlumatlara əsasən, hakimiyyətin siyasətlərinə qarşı etirazların başlanmasından indiyədək ən azı 648 etirazçı, o cümlədən 9 uşaq həlak olub, minlərlə insan yaralanıb.

Hüquq-müdafiə təşkilatı bildirir ki, təsdiqlənməmiş məlumatlara görə yüzlərlə, bəzi mənbələrin təxminlərinə əsasən isə 6 mindən çox insan İranda baş verən yeni etiraz dalğası zamanı həyatını itirib. Həmçinin saxlanılanların sayının 10 mindən artıq olduğu ehtimal edilir.

Təşkilat vurğulayır ki, cümə axşamı gecəsindən etibarən internetin tamamilə kəsilməsi və məlumatlara çıxışın ciddi şəkildə məhdudlaşdırılması səbəbindən bu rəqəmlərin müstəqil şəkildə dəqiqləşdirilməsi hazırkı şəraitdə olduqca çətindir.

İran İnsan Haqları Təşkilatı bəyanatında etirazçıların öldürülməsinin şiddətlənməsi və davam etməsi ilə bağlı dərin narahatlığını ifadə edib, eyni zamanda saxlanılanlara qarşı kütləvi edam təhlükəsi barədə xəbərdarlıq edib.

https://t.me/GADTB1/48020

Həmçinin yoxlayın

Həbsdə olan azərbaycanlı həkim Həmid Qərəhəsənlinin səhhəti ilə bağlı narahatlıq davam edir

GADTB: Bir qrup həkim və tibb işçisi İran İslam Respublikasının məhkəmə hakimiyyətinə məktub göndərərək həbsdə …

WSJ: “İran nüvə obyektlərini möhkəmləndirir”

GADTB: “The Wall Street Journal” (WSJ) qəzeti yazıb ki, İran mümkün yeni hərbi qarşıdurmaya hazırlaşır, …