Bazar ertəsi , May 25 2026
azfa

ETTELAAT azərbaycanlı gəncə işgəncə verib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 2022-ci ilin sentyabr ayının 22-də İranın ETTELAAT Nazirliyinin məmurları tərəfindən Təbrizdə həbs edilən Şəhriyar Cəfərinin taleyi barədə məlumat verilmir. Bu barədə onun yaxınları məlumat yayıblar.

Ailəsi etiraz aksiyalarında iştirak etdiyi bəhanəsi ilə həbs edilən gəncin SEPAH-ın təhlükəsizlik təcridxanasına aparıldığını bildirib. Şəhriyar Cəfəri təcridxanada məcburi etiraf verməsi üçün fevral ayında işgəncələrə məruz qalıb.

“Şəhriyardan məcburi etiraf almaq üçün bir neçə dəfə döyüblər, barmaqlarını sındırıblar. Fevral ayından sonra bizə onun barəsində heç bir məlumat verilməyib. Ağır işgəncə verildiyi üçün onun öldürülməsindən nigaranıq”, – deyə Cəfərinin yaxınları bildiriblər.

Həmçinin yoxlayın

Tramp: İranla danışıqlar yaxşı irəliləyir, İran İbrahim Razılaşmalarına qoşulacaq

GADTB: Donald Trump İranla aparılan danışıqların müsbət istiqamətdə davam etdiyini bildirib və mümkün razılaşmanın region …

Azərbaycanın tanınmış şairəsi Həmidə Rəiszadə (Səhər) vəfat edib

GADTB: Azərbaycanın tanınmış şairəsi Həmidə Rəiszadə 74 yaşında İsveçin Malmö şəhərində vəfat edib və qürbətdə …