Cümə , Avqust 21 2026
azfa

Evin həbsxanasında aclıq aksiyasını davam etdirən Ayaz Seyfxahın sağlıq vəziyyəti ağırlaşıb

GADTB: Evin həbsxanasında saxlanılan azərbaycanlı türk fəal Ayaz Seyfxah 6 azər 1404-cü il tarixində aclıq aksiyasını davam etdirməsi nəticəsində kəskin təzyiq düşməsi ilə üzləşib və həbsxana tibb məntəqəsinə köçürülüb.

Məlumata görə, həbsxana həkimi Seyfxaha aclıq aksiyasını davam etdirməyin həyati təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edib. Onun qan təzyiqi müayinə zamanı 5/3 olaraq qeydə alınıb.

Ayaz Seyfxah bundan əvvəl, 2 tir 1403 tarixində İsrail ordusunun hava hücumları zamanı Evin həbsxanasının da zərbə alması nəticəsində qulaq pərdəsinin cırılması ilə xəsarət almışdı və bu zədənin təsiri hələ də eşitmə qabiliyyətində problemlər yaradır.

Ümumiyyətlə, Ayaz Seyfxah, Baqir Hacızadə və Araz Amannejad birlikdə ümumilikdə 25 il həbs cəzasına məhkum ediliblər.

İranın İslam Respublikası məhkəmə sistemi:

Araz Aman və Baqir Hacızadəni “casusluq” ittihamı ilə 8 il,

Ayaz Seyfxahı isə eyni ittihama görə 9 il həbsə məhkum edib.

Bundan əlavə, hər üç fəal “ölkənin təhlükəsizliyinə qarşı cinayət törətmək məqsədilə toplantı və sövdələşmə” ittihamı ilə 5 il həbs cəzası alıblar və 2 il müddətinə:

– siyasi partiya və qruplara üzvlükdən,

– siyasi və media fəaliyyətindən,

– eləcə də ölkədən çıxışdan məhrum ediliblər.

Fəalların ilkin hökmdən verdiyi apellyasiya müraciəti Tehran Apellyasiya Məhkəməsinin 36-cı şöbəsi tərəfindən rədd edilib və birinci instansiya hökmü dəqiqliklə təsdiqlənib.

Həmçinin yoxlayın

Beynəlxalq Jurnalistlər Federasiyası: Xarici KİV-lərlə əlaqəni cinayət sayan qanun layihəsi ifadə azadlığını daha da məhdudlaşdıracaq

GADTB: Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) İran rejimi parlamentinin xarici və guya «düşmən» hesab olunan KİV-lərlə …

Suriya xarici işlər naziri: İran Suriyada xalqa qarşı törətdiklərini etiraf etməlidir

GADTB: Suriya xarici işlər naziri Əsəd əl-Şeybani avqustun 21-də Pakistana rəsmi səfəri zamanı Tehranla mümkün …