Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Evin zindanında həbsd olan üç azərbaycanlı siyasi məhbus da aclıq aksiyasına qoşuldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin təzyiqlərinə görə Ərdəbildə zindanda aclıq aksiyası keçirən Abbas Lisaniyə dəstək məqsədilə Evin zindanında həbsdə olan 3 azərbaycanlı siyasi məhbus da aclıq aksiyasına qoşuldu.

İyunun 14-ü səhər saatlarından Tehranın Evin zindanında saxlanılan daha 3 Güney azərbaycanlı siyasi məhbus Siyamək Mirzayi, Behnam Şeyxi və Kiyanuş Aslani aclıq aksiyasına başlayıblar.

Beləliklə rejimin Ərdəbil və Tehranda yerləşən zindanlarında aclıq aksiyası keçirənlərin sayı 8 nəfərə çatıb.

Qeyd edək ki, irqçi fars rejimin təzyiqlərinə etiraz olaraq iyunun 12-dən Abbas Lisani aclıq aksiyasına başlayıb. Onun ardında həmin siyasi məhbusa dəstək məqsədilə Yusif Kari aclıq aksiyasına başlayıb. Abbas Lisani iyunun 13-ü səhər saatlarından da quru aclıq aksiyasına başlayıb.

Həmin azərbaycanlı siyasi məhbuslara dəstək üçün iyunun 13-də Ərdəbil zindanında həbsdə saxlanılan daha üç azərbaycanlı siyasi məhbus, Mehrdad Şeyxi, Əli Vasiqi və Rza Vasiqi  də aaclıq aksiyasına qoşulub.

Bu gün isə Evin zindanında həbsdə olan azərbaycanlı siyasi məhbuslar Abbas Lisaniyə dəstək məqsədilə aclıq aksiyasına başlayıb.

Həmçinin yoxlayın

Netanyahu: “Bu gün Mossad, İsrail ordusu və hərbi kəşfiyyata verdiyim tapşırıq İran İslam Respublikası rejimini devirməkdir”

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …

Tehranda irqçi və mürtəce fars rejiminin təşkilatçılığı ilə Azərbaycan Respublikasına qarşı aksiya keçirilib

GADTB: İrqçi və mürtəce fars rejiminin təşkilatçılığı ilə bazar günü Tehranda, Azərbaycan Respublikasının səfirliyinin qarşısında …