Bazar , Oktyabr 25 2026
azfa

Fars molla rejimi cəmiyyəti mənəvi fəlakətlə qarşı-qarşıya qoyub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars molla rejimi Güney Azərbaycan və İran adlanan yerdə cəmiyyəti mənəvi fəlakətlə qarşı-qarşıya qoyub.

Molla rejiminin 40 illik hakimiyyəti hətta daha mühafizəkar olan Güney Azərbaycanda da mənəvi fəlakətlə nəticələnib. Buna misal olaraq Şərqi Azərbaycan valisi Məhəmmədrza Purməhəmmədi boşanmaların artdığını bildirdi.

O, boşanma statistikasının yüksəlməsi ilə bağlı xəbərdarlıq edib. Onun sözlərinə görə evlənənlərin 3-də 1-i boşanmaqla nəticələnir.

“Bu məsələ xalqa və məsullara bir təhlükə zəngidir. Cəmiyyətin düşüncə, uşaqların fikir sağlamlığı və məhəbbətini qorumaq üçün iqtisadi durum yaxşı olmalıdır. İş həyatı problemləri ailələrin ayrılması və boşanmasına səbəb olmamalıdır”, – Purməhəmmədi deyib.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın