Çərşənbə , İyun 10 2026
azfa

Fransa parlamenti də Azərbaycanın ərazi bütövlüyünə qəsdə səs verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Fransa Milli Məclisi də “dqr”in tanınmasına çağıran qanun layihəsini qəbul edib.

188 deputat layihənin lehinə səs verib, cəmi 3 deputat isə onu tanımaqdan imtina edib.

Qanun layihəsi Fransa hökuməti üçün tövsiyə xarakteri daşıyır.

Dünən sözügedən layihə ilə bağlı açıqlamasında Fransa xarici işlər naziri Jan-İv Lö Drian bunun danışıqlar prosesinin xeyrinə olmayacağını deyib.

Fransanın Avropa və Xarici İşlər naziri Jan İv Lö Drian bu gün ölkə hökumətinin Milli Assambleyasında qondarma “dqr”in tanınmasına dair qətnaməsinə münasibətini açıqlayıb.

Nazir qondarma rejimin müstəqilliyinin tanınmayacağını qeyd edib.

“Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımayacaq”, – deyə Jan İv Lö Drian Milli Assambleyada qondarma “dqr”in tanınmasına dair qətnamənin müzakirəsi zamanı vurğulayıb.

Jan İv Lö Drian qondarma “dqr”in tanınması fikri ilə razı olmadığını bildirib. O vurğulayıb ki, erməni dostlarının özləri də bunu istəmirlər.

Nazır belə bir qərarın qəbul ediləcəyi təqdirdə Fransanın Minsk Qrupunun həmsədrliyindən getməli olacağını deyib.

“Bu da bizim vasitəçi rolumuzdan imtina etməyimiz deməkdir”, – nazir əlavə edib.

Həmçinin yoxlayın

Vaşinqton İrana qarşı dəniz mühasirəsini gücləndirir

GADTB: Fox News tərəfindən yayımlanan görüntülərə əsasən, ABŞ İrana qarşı tətbiq etdiyi dəniz mühasirəsini davam …

İranın son hücumları zamanı ABŞ bazaları və qüvvələri zərər görməyib

GADTB: Adı açıqlanmayan bir ABŞ rəsmisi Reuters agentliyinə bildirib ki, İranın raket və pilotsuz uçuş …

Bir cavab yazın