G7 ölkələri İranda etirazçılara qarşı amansız repressiyaları pisləyiblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, G7 qrupuna üzv ölkələrin xarici işlər nazirləri öz iclaslarının yekun bəyanatında İranın təhlükəsizlik qüvvələrinin “dinc nümayişçilərə və uşaqlara qarşı qəddar və qeyri-mütənasib güc tətbiqini” pisləyib və İran hökumətindən əhalinin qanuni azadlıqlarına hörmət etməyi tələb ediblər.

Noyabrın 4-də dərc olunan bəyanatda Amerika, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Kanada və Yaponiyanın xarici işlər nazirləri İranda əhalinin gələcək üçün əsas istəklərini dəstəklədiklərini bildiriblər.

G7 ölkələri Xarici işlər nazirləri habelə “Əxlaq” polisi qüvvələri tərəfindən həbs edildikdən sonra Məhsa Əmininin zorakılıqla öldürülməsini pisləyiblər.

G7 ölkələrinin bəyanatında deyilir: “Biz İran hakimiyyətindən beynəlxalq qanunlar, o cümlədən Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakt üzrə beynəlxalq öhdəliklərinə əməl etməyi tələb edirik”.

Həmçinin yoxlayın

Yunanıstan Türkiyə inkişafda olan müdafiə gücündən qorxuya düşüb

GADTB: Yunanıstan mediası yazıb ki, Türkiyə modernləşdirilmiş F-16 donanması, “Tayfun” tədarükü, KAAN layihəsi və güclü …

Azırbaycanlı yazıçı və tədqiqatçı dünyasını dəyişib

GADTB: Yazıçı, jurnalist və tədqiqatçı “Sahir” Ədəbi Dərnəyinin üzvü Əhməd Əsgərpur (Peyam Sarablı) dünyasını dəyişib. …