Çərşənbə , Oktyabr 21 2026
azfa

GADTB başqanı Əjdər Tağızadənin Azərbaycan ordusunun Şuşanı azad etməsi münasibətilə təbrik mesajı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbacan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə Azərbaycan ordusunun Azərbaycanın mədəniyyət beşiyi Şuşanı azad etməsi münasibətilə Ali Baş Komandana, Azərbaycan dövləti və Azərbaycan Türk Millətinə və dünya türklərinə təbrik mesajı ünvanlayıb.

Sayın Əjdər bəyin təbrik mesajında deyilir:

“AZƏRBAYCAN ŞUŞANIN AZAD EDİLMƏSİ MÜBARƏK! AZƏRBAYCAN BU ZƏFƏR BAYRAMIN MÜBARƏK!

Azərbaycanın müzəffər ordusunun Şuşanı azad etməsi ali baş komandana, Azərbaycan dövlətinə və Azərbaycan Türk Millətinə mübarək olsun.

Azərbaycan ordusunun Azərbaycanın işğal olunmuş torpaqlarını erməni işğalından azad etməsi və xüsusilə bu günlərdə Qarabağı azad etməkdə Şuşanı azad etməklə böyük qələbə qazanması hamımızı sevindirir.

Azərbaycan ordusunun qələbəsi davamlı olsun. Azərbaycan türk millətinin gözü aydın olsun.

Şuşanın azad edilmədsi mübarək!

Yaşasın Azərbaycan ordusu!

Qarabağ Azərbaycandır!

Əjdər Tağızadə

Güney Azərbacan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …

Bir cavab yazın