
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə Qarabağda döyüşmüş güneyli fəal Cəlal Musapurun vəfatı ilə bağlı başsağlığı mesajı ünvanlayıb.
Başsağlığı mesajının bir hissəsində deyilir: Güney Azərbaycanın Qaradağ bölgəsindən olan və Birinci Qarabağ döyüşlərində fəal iştirak edən azərbaycanlı milli fəal Cəlal Musapur vaxtsız dünyasını dəyişmişdir. Bu itki bizi də möhkəm üzdü. Cəlal Musapurun vəfatı münasibətilə fəalın ailəsi və yaxınları, eləcə də Azərbaycan uğrunda çalışan əqidə yoldaşlarına dərin hüznlə başsağlığı veririk. Ruhu şad olsun!
Əjdər Tağızadə
Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı”