
GADTB -nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün 28 may 2019-cu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ildönümündə Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) idarə heyəti və rəhbərliyindən bəziləri Ankaranın tarixi Əsri qəbristanlığında Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət ediblər.
Həmin mərasimdə GADTB başqanının birinci müavini cənab Eldar Qaeadağlı, GADTB Beynəlxalq Departamentinin sədri cənab Mikayıl Oyta, GADTB Maliyyə Departamentinin sədri sayın Sima xanım və GADTB Türk Dünyası üzrə Departamentinin sədri sayın Atilla bəy iştirak ediblər.
Mərasimdə həmçinin Azərbaycanda –Ankara Mədəniyyət Dərnəyinin nümayəndələri və Azərbaycan Milli Dirəniş Təşkilatının (Dirəniş) bəzi rəhbər kadrları iştirak ediblər.








