Çərşənbə axşamı , May 26 2026
azfa

GADTB mətbuat konfransı…18 Oktyabr 2017 Bakı

“Dünyada və bölgədə cərəyan edən geosiyasi proseslərdə dünya Azərbaycanlılarının yeri və rolu” adlı konfrans keçirildi
Park İNN otelində yeni yaradılan Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) rəhbərliyi mətbuat konfransı keçirib. İlk olaraq çıxış edən təşkilatın rəhbəri Əjdər Tağızadə qurumun hədəf və vəzifələrindən söz açıb. Həmçinin Güney Azərbaycanda yaşayan soydaşlarımızın arzuolunmaz durmu barədəməlumat verib: “Azərbaycan türkü bir əsrə yaxındır ki, öz doğma yurdunda fars şovinizminin əsarətində yaşamağa məhkum edilib. Bu zaman kəsiyində Azərbaycanın qeyrətli oğulları, qızları əsarət zəncirini qırmaq üçün azadlıq vəmüstəqillik uğrunda dayanmadan mübarizə aparıblar. Yaşadığımız yeni tarixi mərhələdə Güney Azərbaycanda türk milləti özünün ən yüksək oyanış və özünü ifadə mərhələsinə çatıb. Azərbaycan türkünün milli mübarizəsi, güneydən gələnhaqq çağırışı, dünyanın diqqətini çəkməkdədir. Artıq Azərbaycan gənclərinin, aydınlarının təşkilatlanaraq, bütövləşmə və milli hərəkata yeni nəfəs gətirmə zərurəti ortaya çıxıb”. Bu çağırışa cavab olaraq və tarixi şəraiti doğru dəyərləndirmək məqsədilə, Güney Azərbaycan hərəkatçılarının GADTB-ni yaratdıqlarını qeyd edən Ə.Tağızadə bildirib ki, rəhbərlik etdiyi qurum İran adlanan yerdə türk millətinin hüquqlarının qorunmasının tək yolunun müstəqillik olduğunu düşünür: “Başda Güney Azərbaycanın tarixi torpaqları olmaqla fars şovinizmi əsarətinə düşən bütün türk millətinin azadlığını və müstəqilliyini qarşıya məqsəd qoymuşduq. Milli və demokratik dəyərələrə üstünlük verən GADTB, Güney Azərbaycan Türk dövlətinin yaranması və Bütöv Azərbaycan ideyasının gerçəkləşməsi yolunda çalışan, bütün milli qüvvələrə açıqdır. GADTB olaraq Güney Azərbaycanın bütün milli qüvvələrini bu təşkilat ətrafında birləşməyə, Güney Azərbaycan Türklərinin azadlığı və müstəqilliyi uğrunda birgə mübarizə aparmağa çağırırəq”.Daha sonra sədrin beuynəlxalq məsələlər üzrə müşaviri, Avstraliyada yaşayan soydaşımız Mikayıl Oyta çıxış edib. O təşkilatın xaricdə yaşayan soydaşlarımızın təşkilatlanmasında önəmnli addımlar atacağını bildirib. M. Oyta əlavə edib ki, Güney Azərbaycanla bağlı daha ciddi addımlar atılacaq.

 

Həmçinin yoxlayın

Tramp: İranla danışıqlar yaxşı irəliləyir, İran İbrahim Razılaşmalarına qoşulacaq

GADTB: Donald Trump İranla aparılan danışıqların müsbət istiqamətdə davam etdiyini bildirib və mümkün razılaşmanın region …

Azərbaycanın tanınmış şairəsi Həmidə Rəiszadə (Səhər) vəfat edib

GADTB: Azərbaycanın tanınmış şairəsi Həmidə Rəiszadə 74 yaşında İsveçin Malmö şəhərində vəfat edib və qürbətdə …