Cümə axşamı , Avqust 18 2022
azfa

GADTB-nin radikal dini təşkilatın Böyük Britaniyada Azərbaycan səfirliyinə terror hücumu ilə bağlı bildirişi

GADTB: Avqustun 4-də Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin Mehdi Qulluqçuları Birliyinin terror hücumuna məruz qalması, ifratçı qrup üzvlərinin vəhşicəsinə və qanunsuz  olaraq səfirliyin binasına daxil olub, binaya xəsarət yetirib Azərbaycan bayrağını təhqir etməsi açıq şəkildə göstərdi ki, din pərdəsi altında Azərbaycanın suverenliyinə qarşı çıxıb və Azərbaycanda həbs edilən terrorçuların və adıçəkilən terrorçu qrupların İranın terror hamisi rejiminə bağlı olması şübhəsizdir.

Üstəlik şiə məscidləri və ziyarətgahlarını donuz tövləsinə çevirib, şiələrin ərazisini işğal etmiş qanunsuz erməni birləşmələrinə qarşı Qısas Əməliyyatının keçirilməsinin sabahısı gün bu terror əməlinin törədilməsi düşündürücüdür. 30 il Azərbaycan şiələrini soyqırıma məruz qoyub, şiə məscidlərini donuzluğa çevirən erməni işğalçılarına şiələrə qarşı hər cür yarım edən İranın irqçi fars-molla rejiminin iç üzü faş olduğu üçün molla rejimi üzdə özünə müxalif görünən terrorçularla, Azərbaycanda yetişdirdiyi terrorçuları himayə etməyə çalışır. Sözsüz ki, bu molla rejiminin köhnə taktikasıdır.

İstər irqçi fars-molla rejimi, istərsə üzdə İrana qarşı olduğunu iddia edən Mehdi Qulluqçuları Birliyi kimi terror qruplaşmalarının əsas funksiyası modern müsəlman dövlətlərini Suriya, İraq, Yəmən və s. belə müsəlman dövlətlərinin vəziyyətinə salmaqdır. İranın molla rejimi və Mehdi Qulluqçuları Birliyi kimi terror qruplaşmalarının məqsədi müsəlman və şiələri himayə etmək yox, din pərdəsi altında özlərinə terrorçu yetişdirib Azərbaycanı Suriyanın gününə salmaq olduğu üçün Azərbaycanın inanclı şəxsləri molla rejiminə və belə qruplara alət olmamalıdırlar. Hər bir inanclı insan  irqçi fars-molla rejiminə və ya Mehdi Qulluqçuları Birliyi kimi terror qruplaşmalarına bağlı olarsa özünün özünə və öz millətinə qarşı bir terrorçu olduğuna şübhə etməsin. Din Allahla insan arasında mənəvi bağdır və bu gün Azərbaycanda heç bir şiə oruc tutduğu, namaz qıldığı və ya imam Hüseynə ağladığı üçün təqib və təzyiqə məruz qalmır.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin Mehdi Qulluqçuları Birliyinin terror hücumuna məruz qalması, ifratçı qrup üzvlərinin vəhşicəsinə və qanunsuz  olaraq səfirliyin binasına daxil olub, binaya xəsarət yetirib Azərbaycan bayrağını təhqir etməsini qətiyyətlə pisləyir və Azərbaycandan belə terrorçuları və irqçi fars-molla rejiminə bağlı olan terrorçu və xainlərin ciddi şəkildə cəzalandırılmasını istəyir.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Ukrayna Rusiyanın 44300 hərbçisini məhv edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim …

İran rejiminin həbs etdiyi azərbaycanlı fəal Melika Qaragözlü qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi Əllamə Təbatəbayi Universitetinin …