Günahsız etirazçı gəncin edamına görə İran səfiri Almaniya XİN-ə çağırıldı

GADTB: İranın Almaniyadakı səfiri həbsdə olan etirazçının edam edilməsi ilə bağlı Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

Möhsün Şikarinin edam hökmünün icrasından sonra Almaniyanın xarici işlər naziri Annalena Berbok dünən öz Tvitter səhifəsində bu məsələ ilə bağlı paylaşım edib.

“Möhsün Şikari hökumətə qarşı çıxdığı üçün vicdansız şəkildə məhkum olunub edam edilsə də, edam təhlükəsi xalqın azadlığa nail olmaq istəyini boğa bilməyəcək”, – o qeyd edib.

İranın Xarici İşlər Nazirliyi isə Avropa ölkələri rəsmilərinin bəyanatlarını İranın daxili işinə müdaxilə adlandırıb.

Qeyd edək ki, həbs edilən etirazçılara qarşı edam hökmlərinin sayı artıb. BMT-nin İran üzrə məruzəçisi Cavid Rəhman həbsdə olan 21 etirazçıya edam təhlükəsi olduğunu bildirib.

Həmçinin yoxlayın

Yunanıstan Türkiyə inkişafda olan müdafiə gücündən qorxuya düşüb

GADTB: Yunanıstan mediası yazıb ki, Türkiyə modernləşdirilmiş F-16 donanması, “Tayfun” tədarükü, KAAN layihəsi və güclü …

Azırbaycanlı yazıçı və tədqiqatçı dünyasını dəyişib

GADTB: Yazıçı, jurnalist və tədqiqatçı “Sahir” Ədəbi Dərnəyinin üzvü Əhməd Əsgərpur (Peyam Sarablı) dünyasını dəyişib. …