Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Güney Azərbaycan şəhərlərində bazarların tətil və etirazlarına dəstəklə bağlı bildirişi

GADTB: İşğalçı fars rejiminin dağıdıcı siyasəti və dünya səviyyəsində terroru dəstəkləməsi iqtisadi çöküşə və dözülməz iqtisadi-sosial vəziyyətin yaranmasına gətirib çıxarıb. Güney Azərbaycanda isə işğalçı fars rejimin bir tərəfdən müstəmləkə siyasəti yeritməsi, digər tərəfdən isə çapıb-taladığı sərvətləri dünyada terrorun maliyyələşməsinə xərcləməsi olduqca dözülməz vəziyyətə səbəb olmuşdur. Rejimin dağıdıcı siyasəti nəticəsində dayaqları laxlamışdır. Belə bir vaxtda, bazarın etiraz və tətillərə başlaması rejimin çöküşünü tezləşdirən amil kimi böyük önəm daşımaqdadır.

Bu gün Güney Azərbaycanın baş kəndi Təbriz başda olmaqla, Urmiya, Qoşaçay, Muğan, Zəncan, Qəzvin, Əbhər və s. Azərbaycan şəhərlərinin bazarı tətilə və etiraza başlamışdır. İrqçi fars rejimin səbəbkar olduğu bahalıq, yoxsulluq, sosial-iqtisadi geriləmə, qeyri-sabit iqtisadi vəziyyət və rejimin Azərbaycana tətbiq etdiyi yüksək vergi Güney Azərbaycan bazarında daha geniş etiraz və tətillərinə bəhanə olmuşdur.

Bu gün Güney Azərbaycanla yanaşı digər qeyri-fars millətlərin, eləcə də rejimin dağıdıcı siyasətindən bezən fars şəhərlərində də bazar etiraz və tətilə başlamışdır. Yükmaşını sürücülərinin etiraz və tətillərinin davam etməsi, onun ardınca bazarların tətilə qoşulması irticaçı rejimin büxovundan qurtarmağa yeni ümid yaratmışdır.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Güney Azərbaycanın və başqa şəhərlərin bazarlarının etiraz və tətilini tam dəstəkləyir və bu tətillərin davam etməsinin diktator fars-molla rejiminin çöküşünü tezləşdirən amil kimi effektiv olduğuna inanır.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB)

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın