Cümə axşamı , May 21 2026
azfa

Güney Azərbaycan etirazlarında çox sayda fəal, o cümlədən Mehdi Həmidi Şəfiq yaxalanıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən axşam Güney Azərbaycanın Təbriz, Tehran, Ərdəbil, Həmədan, Urmiya, Qəzvin, Zəncan və s. şəhərlərində əhali küçələrə axışaraq irqçi fars-molla rejiminə öz etirazlarını bildiriblər.

Təbriz şəhərində keçirilən etirazlarda çox sayda fəal, o cümlədən Mehdi Həmidi Şəfiq yaxalanıb.

Azərbaycanlı fəal həyat yoldaşı ilə birlikdə minik maşınında Əbureyhan küçəsində hərəkət edərkən İran rejiminin məmurları tərəfindən maşının şüşələri sındırılmaqla yaxalanıb.

Rejimin məmurları Mehdi Həmidi Şəfiqi döyərək yaxalayıblar.

Qeyd edək ki, Mehdi Həmidi Şəfiq 2001-ci ildə 28 nəfər fəallar birlikdə Urmiya gölünün qurudulması məsələsinin müzakirəsi ilə bağlı keçirilən iclasda yaxalanmışdı. O 5 ay həbsdə saxlanıldıqdan sonra həmin ilin fevral ayında 100 milyon tümənlik vəsiqə girov qoymaqla sərbəst buraxılmışdı. Azərbaycanlı fəal dəfələrlə həbs və təzyiqə məruz qalıb və 2002-ci ildə Universitetdə təhsil almasına mane olublar.

Həmçinin yoxlayın

Azərbaycan Milli Hərəkatının dörd fəalı Tehran İnqilab Məhkəməsinə çağırılıb

GADTB: Azərbaycan Milli Hərəkatının tanınmış fəalları Abbas Lisani, Əli Xeyircu, Yusif Kari və Behzad Dəşti …

“Ekbatan şəhərciyi” işi üzrə altı təqsirləndirilən şəxsə yeni həbs hökmləri çıxarılıb

GADTB: Tehran əyaləti üzrə Birinci Cəza Məhkəməsinin 13-cü şöbəsi “Ekbatan şəhərciyi” işi üzrə təqsirləndirilən altı …