Cümə axşamı , Aprel 25 2024
azfa

Güney Azərbaycan İstiqlalçılar Birliyinin Bir Xordad qiyamı münasibətilə bildirişi

GADTB: Xarici dövlətlərə arxalanan fars rejimləri, bir əsrə yaxındır ki, Güney Azərbaycanımızı işğal etmişdir.

İşğalçılar, bütün imkanları ilə bu günə qədər Azərbaycannın mövcudiyyətini və türk millətinin varlığını inkar etməyə çalışıb və çalışmaqdadır.

Sözdə dövlət olaraq insan haqlarının bəyannaməsinə qol çəksə də, xarici dövlətlərə arxalanaraq, yırtıcı hakmiyyət 40 ilə yaxındır bütün beynəlxalq qural və yasaları ayaq altına ataraq, qətl və cinayətlə milli sərvətlərimizi xarci dövlətlərə peşkəş çəkərək, öz çirkin hakmiyyətini sürdürməkdədir.

Bu himayə nəticəsində bütün təbii haqqlarımızı əlimizdən alıb, tarix, mədəniyyət və dilimizi danıb, bizi bir millət olaraq, yox edib, özlərinin faşist zehniyyətindən doğan bir kiçik qövm (mad–ariayı!) kimi göstərməyə çalışıb, ölkəmizi talan edərək, bütün yeraltı və yerüstü milli sərmayələrimizi fars bölgələrinə daşımışlar.

Eyni zamanda bütün media imkanlarından faydalanaraq, çalışmışlar ki, millətimizi cahil, geriçi və… göstərib, dil və kültürümüzə qarşı ağır təhqiredici veriliş və filmlər hazırlasınlar.

2006-cı ildə dövlətin rəsmi orqanı olan «İran» adlı qəzetədə təhqiredici bir karıkatur ilə ən çirkin və qeyri-insani şəklidə millətimizi kobud şəkildə təhqir edib və həqiqi üzlərini göstərərək milli varlığımızın necə yox etmək stratejilərini utanmazcasına yayınladılar. Bu çirkin və uşaqların (gələcək quşaqların) beyinlərinin yumaq siyasəti artıq millətimizin səbir kasasını daşırdı.

Milyonlarca Azərbaycan türkü xiyavanlaraـküçələrə tökülərək “Haray-haray mən türkəm!” deyərək, öz varlığına sahib çıxdılar. Beləliklə, bir əsrə yaxın xarici dövlətlərin və irqçi fars hakmiyyətinin apardığı inkar və assimilyasion siyasətini boşa çıxardılar.

Bir Xordad qiyamında millətimiz göstərdi ki, kimsə onun mənliyini tapdalayıb və təhqir edə bilməz. Onlarca şəhid, yüzlərcə yaralı və minlərcə Azərbaycan türkü tutuqlansa da, bir daha dünyaya göstərə bildik ki, Tomris ana, Babək ata övladları var olduqca Azərbaycan türklüyünü yox etmək imkansızdır.

Tarix boyu Güney Azərbaycan çox sayda qiyam və dirənişlərin şahidi olmuş, amma ilk dəfədir ki, demokrası, ictimai ədalət istəkləri ilə birlikdə öz milli varlığını və türk olduğunu dünyaya elan etdi.

Şübhəsiz bu qiyam dünya və özəlliklə Azərbaycan tarixində qızıl bir səhifə olaraq qalıb və azadlıq yolunda aparılan mübarizəmizə işıq saçacaqdır.

Yaşasın Bir Xordad qiyamının şanlı xatirəsi!

Var olsun Güney Azərbaycan Cümhuriyyəti!

Şəhidlər unudulmaz!

 

Həmçinin yoxlayın

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Sidneydə Türkiyənin Çanaqqalada qələbəsi ilə bağlı Atatürkün abidəsinə gül çələngi qoydular-Şəkil

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, bu gün Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) …

Bir cavab yazın