Çərşənbə axşamı , May 26 2026
azfa

Güney Azərbaycanın Həmədan bölgəsindən olan Melika Qaragözlü 4 il 4 ay həbs cəzası aldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Həmədan bölgəsindən olan, Tehranın “Əllamə Təbatəbai” Universitetinin jurnalistika fakültəsinin öyrəncisi, azərbaycanlı öyrənci fəalı Melika Qaragözlü İranın Tehrandakı İnqilab Məhkəməsi tərəfindən 4 il 4 ay həbs cəzasına məhkum edilib.

Məhkəmə qərarında qeyd olunub ki, fəal barəsində çıxarılan qərarın ən azı 3 il 8 ayı mütləq icra edilməlidir və həbs müddəti bitdikdən sonra da onun ictimai fəaliyyətlərinə qadağa qoyulub.

Melika Qaragözlünün həmçinin həbslə yanaşı ictimai, siyasi təşkilatlara üzv olması və iki il müddətinə sosial media fəaliyyətlərinə, eləcə də ölkədən çıxışına qadağa qoyulub.

Qeyd edək ki, Melika Qaragözlü iyulun 13-də məcburi hicaba etiraz olaraq yaylığını başından açıb yerə atdığı videonu paylaşdıqdan sonra İran rejiminin məmurları tərəfindən həbs edilmişdi

Bundan öncə isə Melika Qaragözlü 2019-cu ilin noyabrın 18-də Tehranda benzinin qiymətinin kəskin bahalaşmasına qarşı keçirilən kütləvi etirazlar zamanı tutulub 6 ay həbsə məhkum edilsə də, dekabrın 1-də  600 milyon riallıq vəsiqə girovu qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdı.

Həmçinin yoxlayın

Tramp: İranla danışıqlar yaxşı irəliləyir, İran İbrahim Razılaşmalarına qoşulacaq

GADTB: Donald Trump İranla aparılan danışıqların müsbət istiqamətdə davam etdiyini bildirib və mümkün razılaşmanın region …

Azərbaycanın tanınmış şairəsi Həmidə Rəiszadə (Səhər) vəfat edib

GADTB: Azərbaycanın tanınmış şairəsi Həmidə Rəiszadə 74 yaşında İsveçin Malmö şəhərində vəfat edib və qürbətdə …