Cümə , Dekabr 27 2024
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Ana Dili Günü ilə bağlı bildirişi

GADTB: 21 Fevral Beynəlxalq Ana Dili Günü kimi bütün dünyada qeyd edilir. 1999-cu ilin noyabrında Birləşmiş Millətlər Təşkilatı Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana Dili Günü elan edib. Bu günün ana dili günü kimi elanı 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 öyrəncinin öldürülməsi hadisəsi ilə bağlıdır.

Güney Azərbaycanda isə bu gün Azərbaycan Türk Milləti də faşist və irqçi fars-molla rejiminin irqçi siyasəti nəticəsində ana dilində təhsil hüququndan məhrum edilib. Bir əsrə yaxın fars müstəmləkəçiliyi nəticəsində Azərbaycan Türk Milləti öz ana dilində təhsil və savaddan məhrum olub. Bu irqçi siyasət millətimizin mənəvi soyqırımı və bir millət kimi məhvinə hesablandığı üçün böyük fəlakətlərlə nəticələnmişdir. Azərbaycan Türk Millətinin ədəbi dilinin məhvindən əlavə, bu millətin dilində elm, texnika, tibb, sənaye və onlarla digər sahələri əhatə edən milli-mənəvi və elmi-texniki potensialının formalaşmasına mane olmaqla, həmin potensial məhv edilmişdir. Bu isə yüz milyardlarla kompensasiya edilməyən böyük bir xəsarət və əslində təsəvvürə gəlməz fəlakət deməkdir. Bu cinayəti irqçi fars rejimi törətmiş və bu gün də bu cinayətə var gücü ilə davam etməkdədir.

İrqçi fars-molla rejimi Güney Azərbaycanda öz dili və varlığını qoryub saxlamağa çalışan onlarla Azərbaycan türkünü şəhid edib, minlərlə azərbaycanlını həbs və işgəncələrə məruz qoymuş və qoymaqdadır. Lakin tayı-bərabəri görünməmiş bu zülm Azərbaycan türk millətinin iradəsini sındıra bilməyib. Son illərdə yüz mindən çox azərbaycanlı gəncin Təbrizdə Güney Azərbaycanın müstəqilliyi və öz müqəddəratını təyinin Azərbaycan türk millətinin hüququ olduğuna dair plakat qaldırıb, “Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun” və “Türk dilində mədrəsə, olmalıdır hər kəsə” şüarı səsləndirmələri buna sübutdur. Əlbəttə Azərbaycan türk millətinin övladlarının “Türk dilində mədrəsə, olmalıdır hərkəsə” şüarı səsləndirmələrindən məqsədi rejimin onsuz da əməl etmədiyi öz konstitusiyasının 15-ci maddəsi deyil, müstəqil Azərbaycan dövlətində öz dillərində təhsil almaq haqqıdır. Çünki, gərçək anlamda ana dilinin qorunması sadəcə onun siyasi coğrafiya və müstqil dövləti olduğu təqdirdə mümkündür.

Dil insan həyatında ən önəmli yerə malik olduğu üçün beynəlxalq hüquq, konvensiyalar və özəlliklə 1948-ci ildə qəbul edilən insan haqları konvensiyasında vaz keçilməz bir haqq kimi təsbit edilmişdir. Lakin Güney Azərbaycanın irqçi fars rejimi tərəfindən işğalı nəticəsində millətimizin təkcə dil hüquq pozulmur, bəlkə bütün hüquqları pozulur, yeraltı sərvətləri talanır, ekologiyası və tarixi abidələri məhv edilir. Azərbaycan türk millətinin artıq tək yolu var, o da müstəqillikdir. Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycan türk millətinin dil hüququ uğrunda mübarizəsi ilə yanaşı əsas məqsədin sırf müstəqillik olduğuna bir daha təkid edir.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı

Həmçinin yoxlayın

Salmas düzündə torpaq çökməsi təhlükəli həddə çatıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qərbi Azərbaycan Regional Su Təsərrüfatı İdarəsinin yeraltı su …

Təyyarı qəzasının araşdırılması üçün Türkiyə mütəxəssisləri cəlb edildi

GADTB: AZAL-ın təyyarəsinin qəzaya uğramasından sonra aparılan araşdırmalara Türkiyə ekspertləri də cəlb olunub. Azərbaycan araşdırmaların …