Cümə , Dekabr 27 2024
azfa

Güney Azərbaycan İstiqlalçı Təşkilatlar Birliyinin Xocalı soyqırımı ilə bağlı bildirişi

1992 – ci il fevral ayınn 26 –sı (1370  hicri şəmsi isfənd ayının 7-si ) Azərbaycanın qatı düşməni, cinayətkar erməni daşnakları “Böyük Ermənistan” xülyası ilə, keçmişdə olduğu kimi türk millətinə bəslədiyi nifrəti biruzə vermiş və yenidən Azərbaycan türkünə qarşı soyqırım törətmişdir.

Bu haqda çoxlu sənəd və faktlar mövcuddur. Lakin ən dəhşətlisi və insanı düşündürən məsələ ermənilərlə birlikdə Xocalı faciəsini törətməkdə iştirak edən və sonradan əsir düşən bir rus əsgərinin etiraflarıdır. Bu etiraf özəlliklə biz Güney Azərbaycan türkləri üçün böyük dərs olmalıdır.

Rus əsgəri: “Mən bir çox muzdlu rus əsgəri kimi erməni silahlı dəstəsində xidmət edərək Xocalıya hücumda iştirak etdim. O gecə Xocalı şəhərinə hücüm başlandı və Xocalı sakinlərinin əllərində bir neçə qılınc və quş tüfəngindən başqa heç bir odlu silah yox idi.

Bu silahlarla müqavimət göstərənlər də ermənilərin ağır atəşləri nəticəsində məhv edildi və ermənilər tərəfindən Xocalının soyqırımı başlandı.

Ermənilər müdafəsiz körpə uşaqlardan tutmuş qoca qadın və kişilərədək hər kəsi güllədən keçirir, hər növ vicdansızlıq edirdilər. Lakin bunların ən dəhşətlisi və məni vicdan əzabına düçar edən başqa bir hadisə oldu.

O gün Xocalıda erməni sılahdaşımla, sahibsiz qalmış bir evə girib, bahalı əşyalardan özümüzə qənimət gütürdüyümüz zaman qulağımıza başqa otaqdan körpə uşaq səsi gəldi. Əllərimiz avtomatın tətiyində yavaş – yavaş və ehtiyatla səs gələn otağa tərəf getdik, otağa girərəkən sarsıdıcı bir səhnə gözümüz önündə canlandı:

Cavan bir ana cəsədi yanında südəmər körpə bir uşaq, əmzik ağzında başını anasının sinəsinə dayamışdı.

“Körpə uşaq bizi gördükdə sankı atasını görmüş kimi ağlamsınaraq qollarını qaldırıb, qabaqda özünü körpəyə yaxınlaşdıran erməni sılahdaşımın qucağına gəlmək istədi. Lakın silahlı erməni silahdaşım körpəni qucağına almaq yerinə avtomatın ağzını körpənin əmzikli ağzına söykəyib tətiyi çəkdi və körpənin beyni sovrularaq divara yaxıldı…”

“Bu səhnəni gördükdə başım gicəlləndi, sarsıldım, dünya gözümün qabağında fırlanmağa başladı; ayaq üstündə dayana bilməyib yerə oturdum. Özümü ələ aldıqdan sonra yavaş – yavaş evdən bayıra çıxdım. Sılahdaşım məni bu halda gördükdə soruşdu:

“Bu işə narahat oldunmu?

Dedim: axı o körpə, onsuz da burada yalqız qalıb aclıqdan və susuzluqdan öləcək idi. Nə üçün bu işi gördün?

Vicdanı bir dəqiqə də olsun belə inciməyən erməni silahdaşım dedi:

“Biz, Xocalı və Qarabağda azərbaycanlı körpənin bir neçə gün yaşamasına belə dözə bilmərik…”

Qəhrəman Azərbaycan türk milləti:

Günümüzdə baş verən bu soyqırım, internet çağında və bütün dünya mediyasının gözü qarşısında olduğu halda, bəlli səbəblər üzündən istənilən ilgini görmədi və bir anlamda dünya bu təcavüz və soyqırıma, səssiz qaldı. Nə yazıq ki, bu nə ilkdir və əgər müstəqil vahid Azərbaycan yaranmasa, nə də son olacaq.

Biz Güney Azərbaycan türkləri işğal və ağır sistematik ayrı-seçkiliyə məruz qaldığımız üçün illərdir planlı bir şəkildə həm torpaqlarımız terrorçu çətələrə pay verilir, həm də vətənimizin qərb bölgələri demoqrafık dəyişikliyə məruz qalıb.

Əli qanlı satqın kürd çətələri eyni qandaşları daşnaklar kimi “böyük kürdüstan” xəyalında və bizləri bir an qətliam və məcburi köçlə topraqlarımızdan təmizləmək istəyirlər. Kürd çətələrinin Kərkükdə və Tələfərdə türklərə qarşı etnik təmizləmə siyasəti Güney Azərbaycanın qərbində baş verəcəklərə dair bir siqnaldır.

Bu cinaytkar çətələr, bəzi xarici və bölgəsəl diktator və irqçı dövlətlərin himayələrinə sığınaraq nə edib və edə biləcəklərini bildiyimiz üçün mütləq önləm almalıyq.

Güney Azərbaycanlılar Urmu soyqırımını, Simitko və Qasımlu cinayətkarlarının yaratdığı cinayətlərı nə unudub və nə unutduracaqdır. Elə onun üçün bu gündən başlayaraq:

  1. Terrorçu çətələrə Azərbaycan ərazilərində topraq satmağa qarşı bir kampaniya başladaraq çirkin planın qarşısını almaq;
  2. Terorçu çətələrin tərəfdarları ilə alış–verişi kəsmək zərurıdır. Çünki bu pullarımız güllə olub özmüzə dönür və ya sərmayə olaraq torpaqlarımızın alınmasına və cinaytkarların örgütlənmələrinə səbəb olur;
  3. Ana dilimizə sahib çıxaraq icazə verməyək ki, sözdə mühacirlər kimi gələn kürd çətələri orqanizə olaraq fars irqçiləri ilə birlikdə Güney Azərbaycanın türk yurdu olduğunu inkar etsinlər;
  4. Bütün mediya imkanlarını səfərbər edərək icazə verməyək, düşmənlərimiz çirkin hədəflərinə çatıb, tarixi topraqlarımızı mənimsəsinlər. Qərb mediyasının kürdlərə yaratdığı yalançı məsumluq obrazı maskasının altından onların qan tökməyə hazır olduqları və bölgəmizi yeni bir fəlakətə sürükləməyə hazır olduqlarını sənədlə ifşa edib onların iç üzünü dünyaya göstərmək;
  5. İstiqlalçı və qurtuluşa inanan təşkılatlarınıza qatılaraq, daha sistematik, daha güclü şəkildə düşmənə qarşı savaşalım. Şübhəsiz güc birlikdədir!

Rədd olsun bütün Azərbaycana qarşı çirkin ittifaqlar!

Yaşasın Azərbaycan!

Torpaqdan pay olmaz !

 

Güney Azərbaycan İstiqlalçı Təşkilatlar Birliyi

Həmçinin yoxlayın

Azərbaycanın sərnişin təyyarəsini Rusiya vurub

GADTB: “İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Qroznı …

“Səttar xan” tamaşası Təbrizdə böyük coşqu ilə qarşılandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars irqçiliyinin nökərləri İranşəhri qrupların “Səttar xan” tamaşasına …

Bir cavab yazın