Cümə , Oktyabr 16 2026
azfa

Güney Azərbaycan şəhərlərində etiraz aksiyaları keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, avqustun 21-də Güney Azərbaycanın Təbriz, Ərdəbil, Ərak və s. şəhərlərində Rabitə Nazirliyinin təqaüdə çıxmış işçiləri növbəti dəfə etiraz aksiyası keçiriblər.

Təqaüdçülər nazirliyin yerli inzibati binalarının qarşısına toplaşaraq təqaüdlərinin az olduğuna görə narazılıqlarını bildiriblər.

Bildirilir ki, etirazçılar inflyasiya ilə gəlirlərin uyğun olmadığını, çoxsaylı məişət problemləri ilə üzləşdiklərini və hakimiyyətin laqeyd münasibətini tənqid ediblər.

Həmçinin yoxlayın

Terror təşkilat olan İran Kürdüstanı Demokrat Partiyası Qərbi Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib

GADTB: İran Kürdüstanı Demokrat Partiyasının mərkəzi saytı “Böyük Kürdüstan” adlandırılan ərazinin xəritəsini yenidən yayımlayaraq Qərbi …

İsrail ordusu İrana qarşı məqsədli hücum üçün ən yüksək hazırlıq səviyyəsinə gətirilib

GADTB: “İsrael Hayom” nəşri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər …